YEMƏYİN: Bu qidalar beyni öldürür...

“Daily Mail” qəzeti beyni tükədən və öldürən qida maddələrini yayımlayıb.

Metbuat.az həmin qida maddələrini təqdim edir:

Şəkər və şəkər məhsulları: Uzun müddət şəkər istifadə etmək nevroloji problemlərə səbəb olur. Həmçinin, yaddaşı zəiflədir.

Alkoqol: Alkoqolun qaraciyəri məhv etdiyi məlumdur. Ancaq az bilinən digər təsiri də beyni tükətdiyi, yaddaşı zəiflətdiyidir.

Fast food: Montreal Universitetində aparılan araşdırma “fast food” məhsullarının beynin kimyasını dəyişdirdiyi ortaya çıxıb.

Qızarmış qidalar: Bütün işlənmiş qidalar kimyəvi maddələr, qatqı maddələri, süni dadlandırıcılarla zəngindir. Bunlar həm uşaqlarda, həm böyüklərdə ciddi beyin problemlərinə yol açır. Qızarmış və işlənmiş qidalar beyin sinirlərini zədələyir. Bəzi yağlar isə digərlərinə görə daha zərərlidir.

İşlənmiş qidalar: Qızarmış qidalar kimi, işlənmiş qidalar da mərkəzi sinir sisteminə zərər verir. Bu da degenerativ beyin pozğunluğuna yol açır. İləri yaşlarda Altsheymer xəstəliyinə səbəb ola bilər.

Çox duzlu qidalar: Duzun ürəyə zərər verdiyini hamı bilir. Ancaq onun beyni zədələdiyi də sübut olunub.

Aysel Yaquqbızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR