"Yuventus" Çempionlar Liqasında ən çox qazanan klub oldu

"Yuventus" Çempionlar Liqasında ən çox qazanan klub oldu
12:17 5 İyun 2017
65 İdman
Ölkə mətbuatı
A- A+

İtaliya "Yuventus"u futbol üzrə Çempionlar Liqasından ən çox gəlir əldə edən klub olub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Football İtaly" nəşrinə 2016-2017 mövsümünün yekununda Turin təmsilçisinin 109 milyon avro qazandığını yazıb. Bu məbləğ UEFA, sponsorlar, teleyayım hüquqları və bilet satışından əldə olunub.  "Yuventus" finalda qalib gəlsəydi, bu məbləğ 113 milyon avroya çatacaqdı. Bununla belə, "Qoca Sinyora" Çempionlar Liqasından götürdüyü gəliri 100 milyon avronu keçən ilk klub olub. İkinci yeri 80,9 milyon avro gəlirlə turnirin qalibi İspaniya "Real Madrid"i tutub. 

Xatırladaq ki, "Yuventus" finalda "Real Madrid"ə məğlub olub - 1:4. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/551311.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR