Amerikalı ata bu yaz doğacaq - FOTOLAR

Amerikalı ata bu yaz doğacaq - FOTOLAR
15:58 5 İyun 2017
84 Digər
Ölkə mətbuatı
A- A+

Amerikanın Oreqon ştatında yaşayan Biff və Tristan cütlüyü dünya mediyasında maraqla izlənilir.

34 yaşlı Tristan Reys həmyaşıdı Biff Çaplov ilə sevgili olub. Qadın olaraq doğulan Tristan həyatını kişi olaraq davam etdirməyə qərar verib. Bu prosesdə bir sıra dərman preparatlarından istifadə edən Tristan 2011-ci ildə Biff ilə ailə qurub.

Publika.az Daily Mail-a istinadən xəbər verir ki, cütlük evləndikdən sonra Biffin qardaşı qızları Hailey və Reileyanı da öz himayəsinə götürüb. 4 nəfərlik bir ailə Aemrika mətbuatı tərəfindən yaxından müşahidə edilir. Kişi olmağı seçsə də, Tristan Reys övlad sahibi olmaq istəyir. 2016-cı ildə hamilə qalan Tristan qəbul etdiyi ağır dərman preparatları səbəbindən 6 həftəlik uşağını itirir. Cütlük bir müddət bu ağır hadisənin təsiri altından çıxa bilmir.

Həkimlər Tristanın yenidən hamilə qalma ehtimalının olmadığını desə də, Tristan yenidən hamilə qalır. Başda bunun mümkün ola biləcəyinə inanmayan həkimlər çox sayda testlərdən sonra həqiqətən də onun hamilə olduğunu təsdiqləyiblər.

Cəmiyyət buna hazır olmadığı üçün Tristan işə gedərkən qarnını gizlədir. İş yoldaşları ilə həyəcanla gözlədiyi körpəsinin sevincini paylaşan Tristan yaxın zamanlarda bioloji olaraq ilk dəfə övlad sahibi olacaq.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/201413.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR