Şən istirahətin və idmanın ünvanı Rixos Sungate

Şən istirahətin və idmanın ünvanı Rixos Sungate
16:27 5 İyun 2017
Ölkə mətbuatı
A- A+

İstirahətlə əyləncəni birləşdirməyi sevənlərin ünvanı olan Rixos Sungate öz festivalları, əyləncə gecələri, Dj-lərin çıxışları, müxtəlif tədbirləri ilə və peşəkar idman təlimatçısının müşayiəti ilə Sizin istirahətinizi unudulmaz və şən edəcək.

Antalyanın Beldibi bölgəsində, 250 min kvadrat metr ərazidə yerləşən Rixos Sungate oteli öz qonaqlarına onların xəyallarındakı istirahəti təklif edir. Aralıq dənizinin göylüyü ilə Toros dağlarının yaşıllığının birləşdiyi Rixos Sungate rahat istirahətlə yanaşı qeyri-məhdud əyləncələr təklif edir.

2017-ci ildə Rixos Sungate-də istirahət etməyi seçənləri MDB-dən olan məşhur artistlərin unudulmaz konsertləri, habelə ən tanınmış qrupların canlı musiqisi və dünya şöhrətli Dj-lər gözləyir. Konsertlərdən və Dj-lərin çıxışlarından savayı qonaqlar möhtəşəm şoularda, hovuz kənarında xüsusi əyləncə gecələrində əylənə və çoxsaylı idman tədbirlərində iştirak edə bilərlər. 2017-ci ilin may-sentyabr aylarında Rixos Sungate-də Yeqor Krid, Sergey Lazarev, Timati, MS Doni, Mot, Svetlana Loboda kimi tanınmış solistlər və Dj-lərlə yanaşı rumın əsilli dünya şöhrətli pop ulduz İnna (əsl adı Yelena Aleksandra Apostoleanu) da konsert proqramları ilə çıxış edəcək. Onun albomları 2008-ci ildən bəri dünya musiqi reytinqlərində yer almaqdadır. May Festivalları ilə tanınan Rixos Sungate bu il də 10-günlük proqram təklif etməklə qeyri-məhdud əyləncələrin ünvanı olacaq.

Rixos Sungate öz qonaqlarını yeniliklərlə təəccübləndirməyə hazırlaşır. Açıq havada xoş idman məşğələləri sayəsində qonaqlar yaxşı idman formasında olmaqdan məmnunluq duyacaqlar. Səhər saat 08:00-dan axşam saat 21:00-dək açıq olan Open Air Fitness-də qonaqlarımız xüsusi proqramlarda iştirak etməklə peşəkar məşqçilərin rəhbərliyi altında sağlamlığını möhkəmləndirə biləcəklər.

Tərkibinə türk hamamı, sauna, buxar otağı, istirahət otağı, Kleopatra masajı üçün kabinet, klassik masaj kabinetləri, balneoterapiya, hidromassaj üçün kabinetlər, dəniz yosunları ilə terapiya, qapalı hovuz, dəri və bədənə qulluq üçün kabinetlər, tay masajı kabinetləri, klassik masaj kabinetləri, hind masajı, ayurveda və zal-auranın daxil olduğu SPA mərkəzi, eləcə də V.I.P masaj otaqları bütün qonaqlarımıza limandakı imtiyazlılıqlarını hiss etməyə imkan verəcək.

Rixos Sungate restoranları öz qonaqlarına türk, fransız, Egey, yapon, italyan, Meksika, Çin mətbəxinin ən ləziz yeməklərini dadmağa təklif edir. Cactus restoranında qonaqlarımıza Meksika mətbəxinin ən ləziz yeməkləri, dəniz sahilində yerləşən Mermaid restoranında isə dəbdəbəli mənzərənin müşayiəti ilə balıq yeməklərinin və dəniz məhsullarının menyusu təklif olunur.

Rixos Sungate bir çox beynəlxalq mükafatlarla təltif olunub, onun ən son aldığı mükafat isə World Travel Awards "Avropanın ən yaxşı əyləncəli oteli" mükafatıdır.

Rixos Sungate - uşaqlar üçün nağıllar dünyasıdır

Rixos Sungate-də istənilən yaşda uşaqlar üçün hər bir uşağın yaşına müvafiq müxtəlif tədbirlər və xidmətlər təklif olunur, bunun sayəsində uşaqlar unudulmaz nağıllar aləmində vaxtlarını şən keçirirlər. Otel daxilində 20 min kv.m ərazidə yerləşən Rixy Kingdom-dakı Rixy Club-da uşaqlara əyləncəli və maarifləndirici tədbirlər, həmçinin su oyunları, müsabiqələr və incəsənət sahəsində müxtəlif məşğuliyyətlər təklif olunur.

Videonu izləmək üçün şəklə klikləyin:

Şən istirahətin və idmanın ünvanı Rixos Sungate


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/551447.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR