Türkiyənin həbsdə olan tanınmış müğənnisi Deniz Seki azadlığa çıxıb. Lent.az-ın Haberturk.com-a istinadən verdiyi məlumata görə, azadlığa çıxan məşhur ifaçı təəssüratlarını bölüşüb: “Mən sizlər üçün çox darıxmışdım. Xoşbəxtəm. Bir az dincəlmək istəyirəm. Səhərdən məni burada gözləyirsiniz, çox təşəkkür edirəm. Ayaqlarınız yorulmasın”.
İfaçı onu da əlavə edib ki, 2 gün sonra media nümayəndələri ilə görüş keçirəcək.
Qeyd edək ki, D.Səki narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilib. O, 2,5 ildir, məhkumluq həyatı yaşayırdı.