x
Loading...

Səlahət Bolu toplanışına qatılacaqmı?

Səlahət Bolu toplanışına qatılacaqmı?
18:17 5 İyun 2017
74 İdman
Ölkə mətbuatı
A- A+

Səlahət Ağayev "İnter"lə təlim-məşq toplanışına getməyəcək. Fanat.Az-a verilən məlumata görə müqavilə bağlamasına rəğmən, "Neftçi"nin sifariş etmədiyi qapıçı "ağ-göylər"ə Avroliqada yardımçı olmağa razılaşsa da, Zaur Svanadzenin Boluda keçəcəyi məşqlərə qatılmaq istəməyib.


Bu isə o deməkdir ki, Səlahət sabah səhər saatlarında Türkiyəyə uçacaq komandanın sıralarında olmayacaq. O, "İnter" Bakıya dönəndən sonra düşərgəyə təşrif buyuracaq.


Qeyd edək ki, məlum transfer qadağasıyla üzləşən sabiq "bankirlər"i tərk edən daha bir futbolçu - "Qarabağ"la ikiillik müqavilə bağlayan Abbas Hüseynov da "yuxarılar"ın qeyri-rəsmi razılaşmasına əsasən avrokubok matçlarında "İnter"in heyətində top qovacaq.


Fanat.Az 



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-slaht-bolu-toplanna-qatlacaqm-t58539.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR