Peruda 6,2 bal gücündə zəlzələ baş verib.
Milli.Az Trend-ə istinadən bildirir ki, Cənubi Amerika ölkələri geofizika institutu zəlzələnin episentrinin Ekvadorla sərhədə yaxın, 18 kilometr dərinlikdə yerləşdiyini bildirib.
Ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.
Təkanların qonşu ölkələrdə də hiss edildiyi bildirilir.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində