x
Loading...

Ərdoğan Səudiyyə kralı ilə telefonla danışdı

Ərdoğan Səudiyyə kralı ilə telefonla danışdı
03:19 6 İyun 2017
77 Digər
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Al Səud və Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan arasında  telefon danışığı olub.

 

APA-nın xəbərinə görə, bu barədə Səudiyyə Ərəbistanının SPA agentliyi məlumat verib.

 

Məlumata görə, söhbət zamanı ikitərəfli münasibətlərin inkişafı və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Ölkə liderləri həmçinin Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

 

Qeyd edək ki, ötən gün Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və BƏƏ Qətərlə diplomatik əlaqələri kəsdiklərini bəyan edib. Onlar qərarlarını Qətərin apardığı siyasətin bölgədə təhlükəsizliyə mənfi təsiri, terrorizmə dəstək və İrana yaxın qruplaşmalara maddi yardım göstərməsi ilə əsaslandırıblar. Ardınca Liviya, Yəmən, Maldiv adaları və Mavrikiy Qətərlə diplomatik əlaqələrin dayandırıldığını bəyan edib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276264

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR