Sahibkarlığa Kömək Milli Fondu mənfəətdən zərərə keçib

Sahibkarlığa Kömək Milli Fondu mənfəətdən zərərə keçib
17:32 6 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 6 iyun. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) cəmi aktivləri bu il yanvarın 1-nə 1,017 mlrd. manat təşkil edib. 
"Report" Fondun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 6,1% çoxdur. 
SKMF-in aktivlərinin 99,3-ni və yaxud 1,01 mlrd. manatını kredit təşkilatlarına verilmiş borclar təşkil edib. Son 1 ildə Fondun borc portfeli 5,4% böyüyüb. 
2016-cı ildə SKMF-in cəmi öhdəlikləri dəyişməyərək cəmi 11 min manat olub. Başqa sözlə, Fondun aktivləri demək olar ki, onun cəmi kapitalının (1,017 mlrd. manat) hesabına formalaşıb. 
Ötən il SKMF-in faiz gəlirləri 9,511 mln. manat (əvvəlki ilə nisbətən 6,9% çox), cərimə gəlirləri 10,084 mln. manat (3,9 dəfə çox), əməliyyat gəlirləri 61 min manat (32,6% çox), dəyərsizləşmə üzrə zərəri 31,475 mln. manat (3,6 dəfə çox), kadr xərcləri 487 min manat (5,2% çox), sair ümumi inzibati xərcləri isə 193 min manat (1% az) təşkil edib. Son nəticədə Fondun xalis zərəri 12,499 mln. manat olub. 
Xatırladaq ki, SKMF 2015-ci ildən 1,995 mln. manat xalis mənfəətlə çıxmışdı. Başqa sözlə, Fond mənfəətdən zərərə keçib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/sahibkarliga-komek-milli-fondu-menfeetden-zerere-kecib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR