Çin Amerikaya pul qoyur

Çin Amerikaya pul qoyur
11:11 8 Yanvar 2015
92 Dünya
Ölkə mətbuatı
A- A+

Çin Latın Amerikasında öz təsirini gücləndirməyə çalışır. Pekin bu regiona 2020-ci ilə qədər 250 milyard dollar sərmayə qoymağa söz verib və növbəti onillik ərzində ticarətin miqyasının ikiqat artırılmasının mümkünlüyünü bildirib.

ANS PRESS-in məlumatına görə, bu bəyanatı Çinin dövlət başçısı Si Szinpin Latın Amerikası və Karib Hövzəsi ölkələri Cəmiyyətinin liderlərinin Pekində ilk dəfə keçirilən toplantısında verib.

ABŞ opponenti kimi tanınan Venesuela prezidenti Nikolas Maduro tədbirdə deyib ki, Çin dünya hökmranlığına iddia etmədən daha güclü ölkə olmaq imkanını bir daha nümayiş etdirdi.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR