AİB prezidenti Takehiko Nakao bildirib ki, YİF-dən aldıqları kreditlər Asiya və Sakit Okean regionuna qoyulan investisiyaların həcmini artıracaq:
"Uğurlu maliyyələşdirmə dekabrda Parisdə baş tutacaq UNFCCC iqlim sammitində bağlanacaq müqavilə üçün təkan olacaq".
T. Nakao ilin sonuna qədər rəsmi razılaşmanın imzalacağına ümid bəslədiklərini açıqlayıb.
AİB-in yaydığı məlumata görə, hazırda Asiyada kənd təsərrüfatından asılılıq artmaqda, sürətli şəhərləşmə davam etməkdədir. Bölgənin uyğunlaşma xərcləri 2050-ci ilə qədər 70-100 mlrd. dollar civarında müəyyən edilib. Bundan başqa, qurum səylərin davam etdirilməyəcəyi təqdirdə regionda istixana qazının atmosferə buraxilma həcminin 2010-cu ilə nisbətən 2035-ci ildə 37%-dən 46%-ə yüksələcəyini ehtimal edir.