Təranə-Musa cütlüyündən xəbər var (FOTO)

Təranə-Musa cütlüyündən xəbər var (FOTO)
11:21 8 Yanvar 2015
964 Şou
Ölkə mətbuatı
A- A+

Musa Musayev və Təranə Qumral cütlüyü Yeni il tətilindən qayıdıblar. ANS PRESS-in məlumatına görə, yerli şou-biznesin ayrılmaz dueti bayramı Şahdağda qeyd edib.

İstirahətdən yeni qayıdan Təranə Qumral ailəsi ilə birlikdə xoş günlər keçirdiyini söyləyir: "Çox şükürlər olsun ki, növbəti ilə sağ-salamat və ailəmlə birlikdə qədəm qoydum. Mənim üçün ən əsası budur. Özümün və qızlarımın ailə xoşbəxtliyi hər şeydən önəmlidir mənim üçün. 31 dekabrda, axşam bir masa arxasına toplaşdıq. Ailəmizlə birlikdə ənənəvi şəkildə növbəti Yeni ilimizi qeyd etdik. Yeni ilin başlanğıcından isə, yəni ayın 1-dən Şahdağa yollandıq".

Müğənni böyük qızı Qumral, həyat yoldaşı və onların uşaqları, Musa və kiçik qızı Sevgimlə çox gözəl istirahət etdiklərini deyib. "Ortancıl qızım Fidan və yoldaşı uşaqları hələ çox balaca olduğundan bizə qoşula bilmədilər. Hər kəsə Yeni ildə ailə xoşbəxtliyi və xoş günlər arzulayıram".





























Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=37&nid=318385

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR