"Toyda o qədər pula fonoqrama oxumaq ayıbdır".

Metbuat.az xəbər verir ki, bu sözləri əməkdar artist Firuzə İbadova toya yüksək qiymətə gedən müğənnilər haqda “Elin gözü” verilişində danışarkən deyib. O, özünə fonoqrama oxumağı sığışdırmadığını bildirib:

“Toya gedəndə deyirlər ki, yarım saata 7 min alıram. Heç yarım saat olmur. 15-20 dəqiqə oxuyub gedirlər. Adam onların yerinə utanır. Mən indiyə kimi heç vaxt səsimə yüksək qiymət qoymamışam. İnsan gərək insaflı olsun”.

Dilarə Zamanova / Metbuat.az