Müharibə MƏŞQİ, Qarabağ üçün 7 bəndlik PLAN... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ
Paylaş
129 baxış·15 dəq oxu
ASİMDER rəhbəri Ermənistanın 8 min əfqan muzdlusunu 5
illik müqavilə ilə Qarabağa gətirdiyini deyib. Ekspertlər Qarabağda
yeni müharibə haqqında xəbərdarlıq edirlər. Rusiya Ermənistandakı
Erebuni hərbi bazasına MiQ-29 təyyarələri göndərəcək. Həftənin
əvvəlində ərəb dünyasında diplomatik qalmaqal yarandı. İŞİD terror
təşkilatının “paytaxt”ı hesab olunan Suriyanın Rakka şəhərinin azad
edilməsi üçün əməliyyat başlanıb. Həftənin gündəmində olan əsas
hadisələrdən biri heç şübhəsiz ki, İran parlamenti və İran
inqilabının lideri Xomeyninin türbəsinə edilən hücumlar oldu. İran
intiqam alacağına söz verib. Böyük Britaniyada keçirilən
növbədənkənar parlament seçkilərində mühafizəkarlar əksəriyyəti
itirib.
Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Bu gün ATƏT-in Minsk qrupunun həmsədrləri regiona
səfər edib. Həmsədrlər ilk olaraq İrəvana gəlib. Səfərin məqsədi
münaqişə zonasında vəziyyəti araşdırmaqdır.
Ermənistanın xarici işlər nazirinin müavini Savarş Koçaryan
həmsədrlərin Vyana və Sankt-Peterburq razılaşmalarının yerinə
yetirilməsinə nail olmaq, atəşkəsə nəzarət mexanizminin yaradılması
məsələsini müzakirə etmək məqsədilə gəldiklərini açıqlayıb.
DÜŞMƏN TƏTİKDƏ: Ermənistan Qarabağda hücuma keçə bilər - VİDEO
"Qərbdə düşünürlər ki, Qarabağda müharibə olmayacaq,
lakin reallıqda Azərbaycan ərazilərin azad olunması üçün güc yolunu
əsas variant kimi saxlayır və ordunu bu istiqamətdə
kökləyir”. Bu barədə erməni politoloq İqor Muradyan
deyib.
Onun sözlərinə görə, Ermənistan rəhbərliyi müharibənin
təhlükəsini anlamır. Erməni politoloq qeyd edib ki, Ermənistan
güclü şəkildə Rusiyadan asılıdır. İ.Muradyan əlavə edib ki,
müharibədə NATO Azərbaycana dəstək verə bilər. Erməni politoloq
Qarabağda yaxın dövrlərdə ən azı lokal müharibənin baş verəcəyini
hesab edir.
Putin və Qərb İrəvanın arxasından çəkilir – Bakıdan Ermənistana sarsıdıcı ZƏRBƏ
Ermənistanda Dağlıq Qarabağda müharibənin
yenilənəcəyi və Rusiyanın Azərbaycana kömək edəcəyi haqda
müzakirələr başlayıb. Həmçinin, ABŞ-ın da öz planlarının olduğu
deyilir. Ermənistan mediası açıq şəkildə anti-Rusiya
yönümlü yazılarla çıxış edir və bütün məqalələrin əsas ana xətti
Moskvanın ərazilərin Azərbaycana qaytarılması haqda İrəvana əmr
verdiyi haqdadır.
Erməni Jurnalist Sarqis Artsruni yazır ki, Moskva Qarabağ
məsələsində Azərbaycanla sövdələşir.
Erməni politoloq İqor Muradyan isə iddia edir ki, ABŞ Qarabağ
münaqişəsinin həlli üçün layihənin hazırlanmasını analitik
mərkəzlərə tapşırıb. Qeyd edilir ki, layihədə aşağıdakılar təklif
olunur.
Trampın 7 bəndlik Qarabağ PLANINA qarşı Putin müharibə ƏMRİ
“Ermənistan 8 min əfqan muzdlu əsgəri 5 illik
müqavilə ilə Qarabağa gətirib”. Bu barədə Beynəlxalq
Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri
Göksel Gülbey deyib.
Onun sözlərinə görə, əfqan muzdluları Qarabağda təmas xəttinə
yerləşdirilib. G.Göksel qeyd edib ki, əfqan döyüşçülər İran
vasitəsilə Ermənistana gətirilib.
8 min əfqan döyüşçü Qarabağa gətirildi - Ermənistanın MÜHARİBƏ HAZIRLIĞI
“Mən çoxdan danışıram ki, Qarabağın üzərində
buludlar qatılaşır və müharibə qaçılmazdır”. Bu
barədə rusiyalı hərbi ekspert Pavel Felqenqauer Beynəlxalq Böhran
Qrupunun Qarabağda müharibənin başlayacağı haqda hesabatını şərh
edərkən deyib.
“Danışıqlar prosesində hər-hansı irəliləyiş yoxdur, tərəflər
faktiki olaraq müharibə hazırlığındadır”, - deyə o bildirib.
P.Felqenqauer müharibə başlayacağı halda Rusiyanın çıxılmaz
vəziyyətdə qalacağını deyib.
Rusiya nüvə silahı ilə vurulacaq? – NATO təlimlərinin ŞOK MƏQSƏDİ
“Qarabağda vəziyyət hər an nəzarətdən çıxa bilər”.
Bu barədə erməni politoloq Manvel Sarkisyan deyib.
Sarkisyan əlavə edib ki, Azərbaycan öz tələbində israrlıdır.“Bakı
ərazilərin qaytarılması üçün müharibəyə tam şəkildə hazırdır. Buna
görə də danışıqlara üstünlük verilməlidir. Əks təqdirdə toqquşma
qaçılmaz olacaq”, - deyə o bildirib.
Rusiya Ermənistandakı Erubuni hərbi bazasına MiQ-29
təyyarələri göndərəcək. “Voennoye obozreniye” nəşrinin məlumatına
görə, Rusiyanın Kurskda yerləşən Qərb Hərbi Dairəsinin 14-cü
alayına məxsus Xalino aerodromuna çoxtəyinatlı “Su-30SM” qırıcı
təyyarələri gətiriləcək. Erməni jurnalist Sarqis
Artsruni məqaləsində maraqlı bir məqamı da açır. Yazır ki, son
dövrlər Rusiya xüsusi xidmət orqanlarının agentləri Ermənistana və
Qarabağa baş çəkir.
Putin agentlərini Qarabağa göndərdi - MƏXFİ PLAN İŞƏ DÜŞDÜ
Beynəlxalq Böhran Qrupu Qarabağda müharibənin hər an
başlaya biləcəyi barədə hesabatı şərh edən erməni siyasi şərhçi
Musa Mikaelyan deyib ki, Ermənistandakı geriləmə müharibəni
saatlarla yaxınlaşdırır. “Belə görünür ki, rəqib
(Azərbaycanı nəzərdə tutur-red) bir neçə saata məsələni həll edə
bilər”, - deyə o vurğulayıb.
Ordumuz bir neçə saata İrəvanı alt-üst edəcək – Ermənistan QORXU İÇİNDƏ
ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ probleminin
həllində acizdir. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
bildirib. Ərdoğan qeyd edib ki, ATƏT-in Minsk
qrupunun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin
həllində səyləri effektsizdir.
“Azərbaycanın işğal edilmiş ərazilərində tammiqyaslı
müharibənin başlaması çox yaxındır”. Bu barədə
rusiyalı politoloq, tarixçi Oleq Kuznetsov deyib.
O.Kuznetsov qeyd edib ki, son zamanlar Azərbaycanın hərbi gücü
işğalçı qüvvələri dəfələrlə geridə qoyub.
Qarabağda tammiqyaslı müharibəyə hazırlıq – Ermənistan hücum edəcəyini GİZLƏTMİR
ABŞ prezidenti Donald Tramp Ermənistan prezidenti
Serj Sarkisyana sözün həqiqi mənasında məhəl qoymur.
Tramp Ağ Evə gələndən sonra Azərbaycan və Gürcüstan prezidentlərinə
isti münasibəti ilə seçilir, lakin Cənubi Qafqazın digər ölkəsi
olan Ermənistanı sanki qaralama kağız kimi əzərək, ofisindəki zibil
yeşiyinə tullayıb. Halbuki, ABŞ-da erməni diasporu və lobbisinin
gücünü nəzərə alsaq, Tramp Sarkisyanla çoxdan görüşməli, heç olmasa
telefonla danışmalı idi.
“Kavkazplus” saytı Trampın Sarkisyanı saymamasının səbəbləri
haqda yazıb.
İrəvanın planları ALT-ÜST OLDU: Trampın Sarkisyanın zənglərinə cavab verməməsinin SİRRİ
Ermənistan Rusiyadan yeni raket sistemləri
alıb. Bu barədə Ermənistanın hava hücumundan müdafiə
qüvvələrinin rəis müavini, polkovnik Artur Poqosyan deyib.
Rusiyanın “Hərbi” informasiya agentliyi yazır ki, Ermənistan
Rusiyadan aldığı raketləri Azərbaycanın işğal edilmiş Dağlıq
Qarabağ bölgəsinə yerləşdirəcək.
Rusiya Qarabağa yeni raket sistemi göndərdi: Azərbaycan təyyarələri HƏDƏFDƏ - FOTO
Erməni analitik Eduard Abramyan “Aravot” qəzetində
bu günlərdə vəfat edən məşhur amerikalı politoloq, dövlət xadimi
Zbiqnev Bjeziniski ilə söhbətini dərc edib.
Z.Bjeziniski hesab edir ki, Ermənistandakı Rusiya hərbi bazası
Türkiyəyə qarşı yerləşdirilməyib: “Bu baza bir göz qırpımında
Ermənistan üçün təhlükəyə çevriləcək”.
Bjeziniskinin ölümündən öncəki son Qarabağ PROQNOZU: Rusiya Ermənistanı...
Türkiyə, Yaxın Şərq
Türkiyə və Almaniya arasında İncirlik bazası ilə
qalmaqala nəhayət ki, Almaniyanın xarici işlər naziri Ziqmar
Qabrielin bu həftə Türkiyəyə etdiyi səfərlə son
qoyuldu. Diplomat artıq Türkiyə Xarici İşlər
Nazirliyinin başçısı Mövlud Çavuşoğlu ilə danışıqlar aparıb. Məlum
olub ki, Ankara alman deputatların İncirlik təyyarə bazasına baş
çəkməsinə hələ razı deyil. Almaniya xarici işlər naziri alman
birliklərinin İncirlikdən çıxacaqlarını bildirib.
Almaniya hökuməti 260 alman əsgəri və “Tornado”
kəşfiyyat təyyarələrinin İncirlik bazasından geri çəkilməsini
nəzərdə tutan planı iyunun 7-də təsdiqləyib. Alman
gücləri İordaniyada yerləşdiriləcək.
Mayın 5-də ərəb dünyasında diplomatik qalmaqal
yarandı. Dörd dövlət - Bəhreyn, Səudiyyə Ərəbistanı, Misir və
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Qətərlə diplomatik münasibətləri
kəsdiyini elan etdi. Onları Liviya, Yəmən və Maldiv adaları,
Mavrikiy, Mavritaniya və Cübuti izlədi. Ölkələr
qərarlarını Qətərin apardığı siyasətin bölgədə təhlükəsizliyə mənfi
təsiri, terrorizmə, Yəməndə fəaliyyət göstərən İŞİD və “Əl-Qaidə”
kimi terror təşkilatlarına, həmçinin İrana yaxın qruplaşmalara
maddi yardım göstərməsi ilə əsaslandırıblar.
Trampın güdazına gedən “Qardaş birliyi”: Regionda cəbhələr yenidən YARADILIR
Qətərlə bəzi ərəb ölkələri arasında yaşanan böhranı
yaxından izləyən siyasi ekspertlər böhranın səbəblərini və
gedişatını qiymətləndiriblər. “Anadolu” agentliyinə
danışan Oksford Universitetinin müəllimi və Körfəz ölkələri üzrə
mütəxəssisi Camal Abdullah Səudiyyə Ərəbistanı başda olmaqla bəzi
ərəb ölkələrinin Qətərin son illər yürütdüyü müstəqil xarici
siyasətindən narahat olduqlarını söyləyib.
ABŞ prezidenti Donald Tramp Qətər böhranına
münasibət bildirib. "Yaxın Şərqə səfərim zamanı
bundan sonra radikal ideologiyaların maliyyəlləşdirilməməsi
zərurətini söylədim. Liderlər Qətəri göstərdi”, - ABŞ prezidenti
özünün Tvitter hesabında yazıb.
Dünən isə ABŞ prezidenti Qətərin tarixən terrorizmin
sponsoru olduğunu deyib. ”Biz terrorizmin
maliyyələşdirilməsinə son qoymalıyıq. Qətəri terror təşkilatlarını
maliyyələşdirməyə dayandırmağa çağırmağın vaxtı çatıb. Onlar
ekstremist ideologiyaya sponsorluğu dayandırmalıdırlar”, deyə
D.Tramp bildirib.
“Qətər ərəb ölkələri ilə əlaqələrini bərpa etmək
üçün “Həmas” və “Müsəlman qardaşları” təşkilatlarına verilən
dəstəyi dayandırmalı, həmçinin bir sıra başqa addımlar
atmalıdır”. Bunu Səudiyyə Ərəbistanı Krallığının
xarici işlər naziri Adil əl-Cübeyr Parisdə jurnalistlərin
suallarını cavablandırarkən deyib.
O qeyd edib ki, Qətər hansı istiqamətə hərəkət edəcəyinə dair
özü qərar verəcək.
Ər-Riyaddan Qətərə SƏRT XƏBƏRDARLIQ: “Ümid edirik ki, ehtiyac olmayacaq”
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Qətər
ərazisində türk hərbçilərinin yerləşdirilməsinə haqqında sazişin
ratifikasiya edilməsi haqqında sərəncam imzalayıb.
Türkiyə və Qətər arasında ikitərəfli əməkdaşlığın
möhkəmləndirilməsinə dair 2014-cü ildə imzalanmış saziş Qətər
ərazisində Türkiyənin hərbi bazasının yaradılmasını nəzərdə
tutur.
Qeyd edək ki, bundan gün Türkiyə parlamenti qeyd olunan sazişi
ratifikasiya edib.
Türkiyənin Qətərə əsgər göndərməsi haqqında
qərarından sonra Pakistan da hərəkətə keçib. Pakistan
Qətərə 20 min əsgər göndərmək üçün parlamentə müraciət edib.
Türkiyənin qərarından dərhal sonra Pakistanın Qətərə əsgər
göndərməsi Pakistan ilə Türkiyə arasındakı ittifaqı yenidən gündəmə
gətirib.
Birləşmiş Ərəb Əmirlikləri Xarici İşlər naziri Ənvər
Məhəmməd Qarqaş, iqtisadi sanksiyalar da daxil olmaqla, Qətərə
qarşı daha sərt cəza tədbirlərinin həyata keçirilə biləcəyini
söyləyib. Qarqaş açıqlamasında bölgədə meydana gələn
ən böyük diplomatik böhranın həll edilməsi üçün Qətərin yeritdiyi
siyasətdə ciddi dəyişikliklər etməsinin vacibliyini vurğulayıb.
İŞİD terror təşkilatının “paytaxt”ı hesab olunan
Suriyanın Rakka şəhərinin azad edilməsi üçün iyunun 6-da əməliyyat
başlanıb. Əməliyyatı ABŞ-ın dəstəklədiyi “Suriya
Demokratik Gücləri” (SDG) həyata keçirir.
Suriya hökuməti ABŞ-ın rəhbərlik etdiyi koalisiya
qüvvələrini cavab zərbələri ilə hədələyib. Dəməşq bu
tədbirlərin "Hizbullah" və İranla birlikdə həyata keçiriləcəyini
bildirib.
Qeyd edək ki, ABŞ qırıcıları iyunun 7-də Suriya ordusuna məxsus
əf-Tanfe bazasını bombalayıb.
İŞİD terror qruplaşması təhdid xarakterli bəyanat
yayıb. Terror qruplaşması 8 ölkənı yeni terror aktları ilə
hədələyib. İngilis dilində yazılan müraciətdə
müsəlmanlara kütləvi yerlərdən uzaq durmaq məsləhət görülür.
Müraciət səkkiz ölkə - Belçika, ABŞ, Rusiya, Fransa, Böyük
Britaniya, Kanada, Avstraliya və İtaliyada yaşayan müsəlmanlara
ünvanlanıb.
ABŞ Suriya Prezidenti Bəşər Əsədi devirmək üçün
genişmiqyaslı əməliyyat hazırlayır. Bunu jurnalislərə
açıqlamasında rusiyalı senator İqor Morozov söyləyib.
“ABŞ Suriyada strateji təşəbbüsü ələ keçirərək, silahlı qüvvələr
vasitəsilə rəngli inqilab təşkil etmək istəyir. Dəməşqə hücum
hazırlanır. Bunun hədəfi isə Əsədi devirib, yerinə özünün idarə
etdiyi rəhbər qoymaqdır”, – deyə o bildirib.
Kürd muxtariyyəti cari ilin sentyabrın 25-də
müstəqillik referendumunun keçirlməsi barədə qərar
verib. Türkiyə Xarici İşlər Nazirliyi bəyanat verərək
referendum qərarını “dəhşətli bir səhv” kimi qiymətləndirilib.
“Referendum qərarı dəhşətli bir səhvdir. İraqın ərazi bütövlüyü
və siyasi birliyi Türkiyə xarici siyasətinin əsas prinsipləridir”,
- bəyanatda deyilir.
ABŞ-Rusiya, Rusiya-Avropa münasibətləri
ABŞ-ın 35-ci prezidenti Con Kennedini Amerika xüsusi
xidmət orqanlarının öldürməsi versiyası istisna
edilməməlidir. Bunu NBC televiziyasına müsahibəsində
Rusiya Prezidenti Vladimir Putin söyləyib.
“Kennedini ABŞ xüsusi xidmət orqanlarının öldürməsi versiyası da
var. Əgər bu versiya düzdürsə, o zaman bugünkü şəraitdə bütün
texniki imkanlardan istifadə edib, hücumlar təşkil etmək və onu
Rusiyanın etdiyi kimi göstərmək asan olardı”, – deyə o bildirib
.
Vladimir Putin müsahibədə həmçinin ABŞ-ın bütün
dünyada siyasi proseslərə müdaxilədə ittiham edib.
“Mən heç kəsi incitmət istəmirəm, amma Birləşmiş Ştatlar bütün
dünyada ölkələrin seçki kampaniyalarına fəal müdaxilə edir. Dünya
xəritəsinin harasına əl uzatsan, hər yerdə sizə şikayət edəcəklər
ki, Amerikanın rəsmi şəxsləri onların daxili siyasi proseslərinə
qarışırlar”, - Putin bildirib.
Rusiya, İran və terrorizm dünyadakı əsas
təhdidlərdir. Bunu “Atlantik Konsul”da çıxışı zamanı
ABŞ vitse-prezidenti Mayk Pens söyləyib. O, ABŞ-ın bu məsələdə
özünün NATO-dakı müttəfiqlərinə yardım etməyə hazır olduğunu
bildirib:
“Rusiyanın beynəlxalq sərhədləri dəyişmək cəhdindən, İranın
Yaxın Şərqdə qeyri-stabillik yaratmaq, qlobal terrorizmin istənilən
zərbəni, istənilən yerdə endirmək cəhdinə qədər hər şeyə yardım
etməyə hazırıq. Bu gün dünya kommunizmin 25 il əvvəl çöküşündən
daha təhlükəlidir. Biz NATO qarşısında bütün öhdəliklərimizi icra
etməyə hazırıq”.
"ABŞ ərazisindən Rusiyaya hər gün haker hücumları
edilir". Bu haqda Rusiya prezidentinin mətbuat katibi
Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, hücumların hədəfləri arasında Rusiya
prezidentinin saytı da var.
“Hücumlar istənilən vaxt həyata keçiriləcək” - Rusiyanı TƏHDİD ETDİLƏR
Litvada və Polşada yerləşdirilən NATO-nun hərbi
qulluqçuları gələn həftə “Suvalkovski dəhlizi”nin müdafiəsi üzrə
təlimlər keçirəcəklər. 17-19 iyun tarixlərində
keçiriləcək təlimlərdə təxminən 1500 Litva, Polşa, Britaniya və
Amerika əsgəri iştirak edəcək.
Təlimlərə ağır hərbi texnika və vertolyotları cəlb ediləcək. Bu,
“Dəmir Canavarı 2017” (Gelezinis Vilkas 2017) beynəlxalq təlimlərin
bir hissəsidir.
Litva və Polşa arasında sərhəd sahəsi olan “Suvalkovski
dəhlizi”nin eni təxminən 100 kilometrdir və qərbdə Rusiyanın
Kalininqrad vilayəti, şərqdə isə Belarusla həmsərhəddir. Müharibə
olacağı halda dəhlizin Rusiya tərəfindən tutulması NATO-nun
Baltikyanı ölkələrinə yolunu kəsəcək. Təsadüfi deyil ki, ekspertlər
“Suvalkovski dəhlizi”ni tez-tez NATO-nun “Axilles daban”ı
adlandırırlar.
Böyük Britaniyada keçirilən növbətənkənar parlament
seçkilərinin nəticəsi olaraq hakim Mühafizəkarlar Partiyası
parlament əksəriyyətindən məhrum olub.
Mühafizəkarların parlament əksəriyyətini əldə etməməsi
koalisiyaların yaradılmasını zəruri edəcək. Mümkün koalisiya
variantları artıq KİV-də fəal müzakirə edilir.
Tereza Mey parlament əksəriyyətindən məhrum oldu – İSTEFA ÇAĞIRIŞI - YENİLƏNDİ
Böyük Britaniyada seçkilərin nəticələri Breksit üzrə
danışıqları ikinci plana keçirə bilər. Bunu Böyük
Britaniyada dünən keçirilən növbədənkənar parlament seçkilərininin
nəticələrini şərh edən Rusiya Strateji Araşdırmalar İnstitutunun
(RİSİ) baş elmi işçisi, siyasi elmlər namizədi Anna Vilobatıx
bildirib.
Onun sözlərinə görə, xarici siyasətlə məşğul olmaq üçün əvvəlcə
daxili məsələləri həll etmək lazım olacaq.
Mey Kameronun taleyini yaşayır: Fiasko və “Yumşaq Breksit”ə KEÇİD
İran
Silahlı şəxslər mayın 7-də səhər saatlarında ölkə
parlamentinin binasına hücum ediblər. Günorta
saatlarında silahlıların hamısı öldürülərək girovlar azad
edilib.
İran parlamentinə hücum edənlərin hamısı öldürüldü - YENİLƏNİR
Daha 4 silahlı isə Xomeyninin paytaxt Tehrandakı
türbəsinə hücum edib. Türbəyə hücum edən
silahlılardan biri – qadın kamikadze özünü partladıb. Parlament
binası və Xomeyni türbəsinə təşkil edilən hücumlarda 17 nəfər ölüb,
42 nəfər yaralanıb.
İŞİD “Al-Amak" informasiya agentliyində üç bəyanat
dərc edərək terror hücumlarına görə məsuliyyəti üzərinə götürdü.
Agentliyin saytında həmçinin parlament binasında çəkilmiş videoyazı
dərc olundu. TRAC analitik mərkəzinin direktoru
Verian Xanın sözlərinə görə, görüntülər Go Pro (başa bağlanan
kamera – red.) kamerasından çəkilib və bu, İŞİD-in üslubunu
göstərir.
Müəllifin fikrincə, İran parlamentinə hücumun arxasında bir neçə
amil dayanır.
“Ya sünniliyə keçməli, ya da...” - Regionda məhvedici MÜHARİBƏ BAŞLAYIR
Tehranda Xomeyni türbəsinə və parlament binasına
hücum edən terrorçular İrana Ermənistandan keçiblər.
Bu iddia ilə Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə
Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey çıxış edib.
Onun sözlərinə görə, terrorçular viza belə istəmədən
Ermənistandan İrana gəliblər.
“Ermənistan Suriyadakı müharibəyə görə orada yaşayan erməniləri
təyyarə ilə işğal etdiyi Azərbaycanın Qarabağ bölgəsinə
yerləşdirib. Həmin terrorçular da aylar öncə məhz Suriyadakı
ermənilərlə birgə təyyarə ilə gəliblər. Daha sonra dəfələrlə
sərhəddən keçərək, Tehranda kəşfiyyat apardılar. Nəticəsi də oldu”,
- deyə G.Gülbey vurğulayıb.
"İyunun 8-də Tehranda təşkil edilən hücumların
intiqamı alınacaq". Bunu İran dövlət televiziyasına
danışan İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH)
rəhbərinin müavini Hüseyn Salami deyib.
“Hücumların intiqamını alacağıq. Bunun necə və harada olacağı
gizlidir. İntiqam bizə ediləndən min dəfə ağır olacaq və millətimiz
bunu görəcək”, - o vurğulayıb.
Qeyd edək ki, bu İranın intiqam alınacağı barədə ilk bəyanat
deyil. SEPAH daha əvvəl hücumun arxasında Səudiyyə Ərəbistanının
olduğunu və intiqam alınacağını açıqlayıb.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) “Qaranlıq
şahzadə” ləqəbi ilə tanınan, bir çox gizli əməliyyatları idarə edən
Mikael Dandrea İran əməliyyatlarının rəhbərliyinə
gətirilib. Bu barədə “Nyu York Times” nəşri yazıb.
Nəşr yazır ki, sərtlik tərəfdarı və aqressiv olan Dandrea “Qaranlıq
şahzadə” və “Ayətullah Mike” ləqəbləri ilə tanınır.
ABŞ kəşfiyyatının İrana HÜCUM PLANI – Əməliyyata “Qaranlıq şahzadə” başçılıq edəcək
“ABŞ İŞİD terror qruplaşmasına sponsorluq edir və
özləri ən böyük İŞİD-dir”. Bunu İran parlamentinin
spikeri Əli Laricani Tehranda terror aktlarının qurbanları ilə vida
mərasimində bildirib.
"ABŞ-da demokratiya və insan hüquqlarını pula dəyişdilər. ABŞ
haqqında söylənmiş fikir yenə təsdiqini tapır ki, o, əsas iblisdir.
Biz İŞİD-ə qarşı dayanmışıq, amma Amerika bu dünyada ən böyük
İŞİD-dir. O, regionda İŞİD-i dəstəkləyir. Biz pərdəni qaldıracağıq
ki, Amerika ordusu və Mərkəzi Kəşfiyyat İdarəsi İŞİD-ə əsas dəstəyi
göstərir”, - siyasətçi qeyd edib.
Koreya yarımadası böhranı
Koreya Xalq Demokratik Respublikası (KXDR)
Yaponiyanı ABŞ-dan daha əvvəl külə çevirə bilər. Bu
haqda KXDR-in sülhün müdafiəsi üzrə komitənin sədri bildirib.
Məmur Yaponiyaya xatırladır ki, o ada ölkəsidir və
“məğlubedilməz və amansız nüvə dövləti” (KXDR – red.) qarşısında
macəralara başlamamalıdır.
Bu ölkəni ABŞ-dan əvvəl külə çevirəcəklər: “Amansız nüvə dövləti”ndən DƏHŞƏTLİ XƏBƏRDARLIQ
Şimali Koreya iyunun 7-də Cənubi Koreyaya doğru bir
neçə qısa mənzilli raket atıb. Cənubi Koreyadan
verilən açıqlamada bildirilir ki, Vonson şəhərindən atılan raketlər
təxminən 200 kilometr uçaraq, dənizə düşüb.
Cənubi Koreyanın Müdafiə Nazirliyinin sözçüsü Roh Jae Cheon
bildirib ki, Şimali Koreya bununla gəmiləri vura biləcəyinin
mesajını verir.
Məlyumata görə, raketlər ABŞ donanmasına aid USS Ronald Reyqan
və USS Carl Vinson təyyarədaşıyan gəmilərinin Cənubi Koreya
donanması iə birlikdə təlim keçdiyi əraziyə düşüb. Bu müharibə
çağırışı kimi dəyərləndirilir.
Ukrayna münaqişəsi
“Rusiya ordusunun Ukrayna sərhədinə yaxın
ərazilərində təlimləri və döyüş hazırlığının yoxlanılması iki
motivlə bağlı ola bilər: Ukrayna ordusunun mümkün hücumunun
qarşısının alınmasına hazırlıq və şəxsi hücumun
planlaşdırılması”. Bunu “İnformasiya müqaviməti”
qrupunun koordinatoru , Ukrayna Ali Radasının üzvü Dmitri Tımçuk
deyib.
Onun sözlərinə görə, 2016-cı il ərzində və 2017-ci ilin
başlanğıcında Ukrayna ilə sərhəddə rusiyalıların hərbi qüvvələrinin
yenidən format edilməsi prosesi gedib:
Hazırlıq tamamlandı: Rusiyanın iki il gözlədiyi MÜHARİBƏ BAŞLAYIR
Ukrayna Ali Radası (parlament) ölkənin xarici
siyasətinin prioriteti kimi NATO-ya üzvlüyünün qanunverici
əsaslarının möhkəmləndirən qanun layihəsini qəbul
edib. Layihəni parlamentin 276 üzvü dəstəkləyib.
Sənədi Ukrayna prezidenti imzalamalıdır.
Qeyd edək ki, 2014-cü ilin dekabrında Ukrayna Ali Radası
bloklara qoşulmamaq siyasətindən imtinanı nəzərdə tutan qanun
layihəsini qəbul edib. Yeni hərbi doktrina NATO-ya üzvlük
siyasətinin aparılmasını nəzərdə tutur.
Ukraynadan NATO-ya doğru NÖVBƏTİ ADDIM
“Moskva NATO-nun Rusiya sərhədlərinə tərəf
genişlənməsi prosesini narahatlıqla qarşılayır”. Bunu
Ukrayna Ali Radasının bu gün qəbul etdiyi qanun layihəsini şərh
edən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov
jurnalistlərə deyib.
“Biz hesab edirik ki, bu, Avrasiya regionunda təhlükəsizliyimizi
və güc balansını təhdid edir”, - o qeyd edib.
Kremlin sözçüsü həmçinin bildirib ki, Ukraynanın NATO-ya daxil
edilib-edilməməsi barədə qərarı Moskva deyil, ittifaqın özü verir.
Peskov əlavə edib ki, söhbət hazırda vətəndaş müharibəsinin getdiyi
bir ölkənin NATO-ya üzvlüyündən gedir.