Tbilisi. 12 iyun. REPORT.AZ/ Bu gün Tbilisidə Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsi üzrə koordinasiya şurasının novbəti iclası keçiriləcək.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, iclasda iştirak etmək üçün Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanovun rəhbərliyi ilə nümayəndə heyəti iyunun 12-də Gürcüstan paytaxtına gəlib.
Azərbaycan nümayəndə heyətinin üzvləri Tbilisinin mərkəzindəki Heydər Əliyev parkında Ulu Önderin abidəsi önünə əklil qoyub, gül dəstələri düzüblər.
Azerbaycan nümayəndə heyətinin tərkibinə xarici işlər, iqtisadiyyat, maliyyə nazirliklərinin və digər aidiyyatı qurumların vəzifəli şəxsləri daxildir.