"Səkkiz övladım var və onların beşi bir gündə doğulub. Təbii ki, bu qədər uşağı saxlamaq asan deyil. Lakin ailəmizdə hər şey normaldır. Yeməyə xüsusi diqqət verirəm. Dondurulmuş ərzaqlardan əsla istifadə etmirəm".
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Avstraliyanın Perta şəhərində yaşayan Kim Tuççi 8 övlad anasıdır. Ötən ilin əvvəlində isə o, beşəm əkizlərini dünyaya gətirib.
8 kiçik övladı olsa da, Kim evin yeməklərini qonşuları kimi, fast-fud restoranlarından sifariş vermir, yarımfabrikatlar və ya dondurulmuş ərzaqlar almır.
"Dondurulmuş ərzaqları, yarımfabrikatları sevmirəm. Bütün bunların insan orqanizminə hər hansı formada xeyri olduğuna dərin şübhəm var. Bütün yeməkləri özüm hazırlayıram. Övladlarımın sağlamlığı mənimçün çox önəmlidir", - Kim Tuççi deyib.
Onun sözlərinə görə, ailənin qidalanmasına həftədə 350 dollar xərcləyir və bu, bəs edir.
Kim və Von Tuççilər ailəsində 16 aylıq Ali, Penelopa, Tiffani və Beatrikslə bahəm, 4, 6 və 10 yaşlı övladlar da var.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində