Sonsuz məzhəb SAVAŞLARI, Türkiyə və Azərbaycanın QARABAĞ PLANI… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Paylaş
132 baxış·7 dəq oxu
ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycanın işğal
edilmiş Dağlıq Qarabağ bölgəsinə səfər ediblər. ABŞ Türkiyədə
dövlət çevrilişinə cəhd edən FETÖ terror təşkilatı vasitəsilə Orta
Asiyanı işğal etmək istəyir. ABŞ-ın dəstəklədiyi terror təşkilatı
PKK/PYD İran və Bəşər Əsədin dəstəyi ilə Afrin bölgəsindən Aralıq
dənizinə doğru irəliləməyi planlaşdırır. Rusiya Suriyada rejim
qüvvələrinə qarşı hava hücumlarının qəbuledilməz olduğunu bəyan
edib. Bu gün Rusiyanın böyük şəhərlərində müxalifətin Rusiya Gününə
uyğunlaşdırılmış mitinqləri keçirilib. Litvada NATO-nun 9 ölkəsinin
iştirakı ilə “Dəmir canavar-2017” hərbi təlimləri
başlanıb.
ATƏT-in Minsk qrupunun həmsədrləri Riçard Hoqland
(ABŞ), İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və ATƏT-in
fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik bu gün
Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfər
ediblər. Həmsədrlər işğal edilmiş ərazilərdə
yaradılmış qondarma “DQR”-in “prezidenti” Bako Saakyanla
görüşüb.
Görüşün məqsədi münaqişə zonasındakı vəziyyəti öyrənməkdir.
Görüşlə bağlı yayılmış foto diqqət çəkib. Belə ki, fotoda qondarma
“DQR”-in “bayrağının” asıldığı görünür. Buna heç bir etiraz etməyən
həmsədrlər separatçı Bako Saakyanla üz-üzə əyləşib müzakirələr
aparıblar.
Ermənistan mediası 1998-ci ildə Süleyman Dəmirəllə
Heydər Əliyevin Qarabağ planını yenidən gündəmə
gətirib. Türkiyə və Azərbaycan işğal edilmiş Dağlıq
Qarabağ və digər ərazilərin azad olunması üçün birgə plan
hazırlayıb.
Bu planda işğal olunmuş ərazilərin azad olunması üçün
Azərbaycanın iqtisadi, siyasi və hərbi sferada güclənməsi,
Ermənistanın beynəlxalq mühasirəyə alaraq zəiflədilməsi, beynəlxalq
müstəvidə güclənmək nəzərdə tutulur. Bu plan hələ də
qüvvədədir.
Erməni politoloq İqor Muradyan “Türkiyə və Azərbaycanın Qarabağ
planı” adlı məqaləsində yazır ki, Ankara beynəlxalq müstəvidə
Bakının maraqlarını sıx şəkildə müdafiə edir. Erməni politoloqa
görə, Türkiyə Qərb və Rusiya arasında yaranmış ziddiyyətlərə
əsaslanan kombinasiya qurub.
İlham Əliyevlə Ərdoğanın MƏXFİ QARABAĞ PLANI: Ermənistan amansız nəticələrlə ÜZ-ÜZƏ
“Rusiya və Ermənistan arasında 200 milyon dollarlıq
kredit sazişinə uyğun olaraq, 10 il müddətində silah idxal
ediləcək”. Bu barədə Ermənistanda
“Vətəndaşların məlumatlandırılması ittifaqı” təşkilatı məlumat
yayıb.
Artıq 2016-2017-ci illərdə bu silahların müəyyən partiyaları
gəlir. Lakin Rusiyanın verdiyi silahlar kifayət qədər köhnəlib, bu
silahlar ötən əsrin 80-ci, 70-ci, hətta 60-cı illərdən qalmadır.
Yalnız bəziləri, misal üçün, TOS-1A və “Qasırğa” sistemləri kimi
silahlar son 10-20 ilin silahlarıdır”.
ABŞ Türkiyədə dövlət çevrilişinə cəhd edən FETÖ
terror təşkilatı vasitəsilə Orta Asiyanı işğal etmək
istəyir. Türkiyənin “Star” qəzetinin yazdığına görə,
Orta Asiyanın işğal edilməsi üçün Əfqanıstan baza olaraq
seçilib.
Qəzet qeyd edir ki, Əfqanıstanda yetişdirilən mütəxəssislər
Özbəkistanda, Tacikistanda, Qazaxıstanda, Türkmənistanda, hətta
Azərbaycanda da fəaliyyət göstəriblər.
Orta Asiyanın işğalı üçün Əfqanıstandan hücuma keçdilər, Azərbaycanı da ... – “TROYA ATI” PLANI
“ABŞ Rakka əməliyyatı ilə İŞİD terrorçularının
bölgədən qaçmasına göz yumacaq”. Bunu Haseke (Suriya)
Milli İnqilab Gücləri və Müxalif Birliyinin başçısı Hişam
əl-Mustafa deyib.
Onun sözlərinə görə, eyni güclər Rakkadan qaçan İŞİD
terrorçularından fərqli bölgələrdə yenə də istifadə edəcək.
“Bir çoxları itirən tərəfin yalnız biz
olmayacağımızı düşünür. Biz bir dollar itirsək, onlar da bir dollar
itirəcəklər”. Bunu bir sıra ərəb ölkələrinin Qətərə
qarşı tətbiq etdiyi embarqonu şərh edən ölkənin maliyyə naziri Əli
Şerif əl-Emadi deyib.
Onun sözlərinə görə, ölkənin iqtisadiyyatı və milli pul vahidi
Qətəri embarqolardan asanlıqla qoruyacaq.
Xatırladaq ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn
və BƏƏ Qətərlə diplomatik əlaqələri kəsdiklərini bəyan etdi. Onlar
qərarlarını Qətərin apardığı siyasətin bölgədə təhlükəsizliyə mənfi
təsiri, terrorizmə dəstək və İrana yaxın qruplaşmalara maddi yardım
göstərməsi ilə əsaslandırıblar. Ardınca Liviya, Yəmən, Maldiv
adaları, Mavrikiy və Mavritaniya Qətərlə diplomatik əlaqələrin
dayandırıldığını açıqlayıb. Ölkələr həmçinin hava məkanlarını Qətər
üçün bağlı elan ediblər.
“Bu coğrafiyanı Amerika və İngiltərə idarə edir.
Qərarı onlar verir, səlahiyyət onlardadır, təlimat onlardan gəlir.
Müstəqil kimi görünən ölkələr əslində, işğal altındadır. Yaxın Şərq
işğal altındadır. Ölkələr bir-biri ilə vuruşdurulur və
parçalanır”. Bunu Qətər böhranını şərh edən türkiyəli
yazar İbrahim Karagül “Yeni Şəfəq” nəşrində yazıb.
Yazar bildirir ki, ABŞ prezidenti Donald Trampın ilk işi
İran-Səudiyyə Ərəbistanı müharibəsi olacaq. O qeyd edir ki, əslində
ən böyük tələ Səudiyyə Ərəbistanı üçün qurulub.
Amerika tankları Kəbənin QAPILARINDA: Yaxın 50 il üçün DƏHŞƏTLİ PROQNOZLAR
Suriyada Əsəd qüvvələrinə qarşı hava hücumu
qəbuledilməzdir. Bunu açıqlamanı Rusiya Xarici İşlər
naziri Sergey Lavrov telefon danışığı zamanı ABŞ Dövlət katibi Reks
Tillersona deyib.
Lavrov və Tillerson Suriyadakı vəziyyəti müzakirə edib və
bölgədə qarşıdurmanın sona çatdırılması üçün əməkdaşlıq etməyin
vacibliyini vurğulayıblar.
ABŞ-ın dəstəklədiyi terror təşkilatı PKK/PYD İranın
və Əsədin dəstəyi ilə Afrin bölgəsindən Aralıq dənizinə doğru
irəliləməyi planlaşdırır. “Yeni Şafak” qəzeti Əsəd
ordusunun komandirlərindən olan general Suheyl Haydarla İranın
xarici əməliyyatlarına rəhbərlik edən, “qəssab” ləqəbi verilmiş
Qasım Süleymanın Afrinin cənubundakı Nubbul ərazisində gizli
toplantı keçirdiyini yazıb.
Gizli toplantıda PYD-nin Afrindən Aralıq dənizinə çıxa bilməsi
üçün 150 kilometrlik yolda necə hərəkət etməsi müzakirə olunub.
Məlumata görə, Əsəd və İran Aralıq dənizinə çıxmaq üçün
müxaliflərin əlindəki İdlibə hücum etməyi planlaşdıran PKK/PYD-nin
dənizə çıxmaq planının ən gec 9 ay içində həyata keçirə biləcəyini
düşünür.
Türkiyəyə qarşı XAİN PLAN: gizli toplantıda nələr razılaşdırıldı?
ABŞ Konqresi Rusiyaya qarşı sanksiyaların
sərtləşdirilməsi üzrə növbəti qanun layihəsini qəbul etməyə
hazırlaşır. Bu haqda “CBS News” telekanalında ABŞ-ın
respublikaçı senatoru Lindsi Qrem deyib.
Onun sözlərinə görə, sənədə artıq bu həftə Konqresdə baxacaqlar.
Senator qeyd edib ki, sənəddə rusların həm ABŞ-da, həm də bütün
dünyada siyasi proseslərə müdaxiləsinə görə cəzalandırılmasından
danışılır.
“İnkaredilməz sübutlar var ki, Rusiya ABŞ və xaricdə
demokratiyanı dağıtmağa çalışır”, - Qrem bildirib.
Senator əlavə edib ki, əgər prezident Tramp bu sənədi
imzalamaqdan imtina edəcəksə, deməli o, “demokratiyanı
satacaq”.
Litvada NATO-nun 9 ölkəsinin iştirakı ilə “Dəmir
canavar-2017” hərbi təlimləri başlayıb. Ölkənin
cənub, mərkəzi və şərq hissələrində keçiriləcək təlimlərə 5,3 min
hərbi qulluqçu cəlb edilib. Almaniyanın rəhbərlik etdiyi NATO
beynəlmiləl batalyonunun döyüş məsələlərinin icrasına hazırlığının
yoxlanılması təlimlərin əsas vəzifəsidir.
Hərbi manevrlər iyunun 23-nə kimi davam edəcək.
Daha əvvəl isə Rusiya ilə sərhəd yaxınlığında - Estoniyada
beynəlxalq hərbi təlimlər başlayıb.
Rusiya öz sərhədlərinə yaxın NATO hərbi
kontingentinin gücləndirilməsini sakit qarşılamayacaq və lazımı
ölçü götürəcək. Bunu Polşa prezidenti Ancey Dudanın
bəyanatını şərh edən Rusiya Dövlət Dumasının müdafiə komitəsinin
sədr müavini Yuri Şvıtkin deyib.
“Biz dəfələrlə bildirmişik ki, NATO bloku tərəfindən müdafiə
bəhanəsi ilə Rusiya sərhədlərinə yaxın ərazilərdə hərbi
kontingentin gücləndirilməsi planlarını sakit qarşılamayacağıq.
Əlbəttə ki, cavab ölçüləri götürüləcək", - Şvıtkin bildirib.
Parlament üzvü təəssüfünü ifadə etdi ki, Polşa lideri öz
ölkəsini mümkün münaqişə halında hədəfə çevirəcək bəyanatlar
verir.
Ancey Dudanın sözlərinə görə, ABŞ prezidenti Donald Trampın
iyulun 6-da Polşaya səfəri zamanı ölkəsində Amerika hərbiçilərin
sayının artırılması məsələsini müzakirə etməyə hazırlaşır.
Daha əvvəl “Atlantic Council” Amerika analitik mərkəzinin
ekspertləri belə qənaətə gəliblər ki, Rusiya Polşanı bir gecə
ərzində tuta bilər.
“Mümkün münaqişə halında...” - Moskva bir günlük MÜHARİBƏ SSENARİSİNİ XATIRLATDI
Bu gün Rusiyanın böyük şəhərlərində müxalifətin
Rusiya Gününə uyğunlaşdırılmış mitinqləri keçirilib.
Müxalifət siyasətçisi Aleksey Navalnıy mitinqlərin
təşəbbüskarıdır.
Mitinqlərin əsas şüarı korrupsiyaya qarşı mübarizədir. Mitinqlər
həmçinin, 2018-ci ildə keçiriləcək prezident seçkilərində namizəd
kimi qeydiyyata alınmaq üçün Navalnıy tərəfindən aparılan
kampaniyanın bir hissəsidir.
Rusiyada "Maydan”: Xalq küçələrə AXIŞDI - VİDEO/FOTOLAR - YENİLƏNDİ
Rusiya müxalifətçisi Aleksey Navalnıy şəxsi evin
blokunda saxlanılıb. Bu haqda onun həyat yoldaşı
Yuliya Tvitter səhifəsində yazıb.