"Report" xəbər verir ki, bu barədə ölkənin Təbii fəlakətlərin nəticələrinin azaldılması üzrə milli xidməti məlumat yayıb.
Bundan əvvəl iki nəfərin öldüyü bildirilirdi. İndi məlum olur ki, Retaluleu, Ketsaltenanqo və San-Markos departamentlərində ümumilikdə dörd qadın və bir kişi həyatını itirib. Daha yeddi nəfər yaralanıb, zəlzələnin ziyan vurduğu insanların sayı isə 600 nəfərdən çoxdur, 40-dan çox tikili qismən dağıdılıb.
Yeraltı təkanların maqnitudası 6,6 olub, episentri Taxumulko şəhərindən təxminən səkkiz kilometr aralıda, Meksika ilə sərhəddə qeydə alınıb.