Fransada jurnalistlərə qarşı terrorda şübhəli bilinən 7 nəfər saxlanılıb

12:32 8 Yanvar 2015
86 Dünya
Ölkə mətbuatı
A- A+

[ 08 Yanvar 2015 12:26 ]

Bakı - APA. Fransada “Charlie Hebdo” satirik jurnalına terror hücumunda şübhəli bilinən bir neçə nəfər saxlanılıb.

APA-nın “France Presse” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Fransanın baş naziri Manuel Vals (Manuel Carlos Valls) açıqlayıb. Lakin o, əsas şübhəlilər – Şərif və Səid Kaşi qardaşlarının hələlik azadlıqda olduğunu deyib. Baş nazir hadisənin arxasında bu şəxslərin dayandığına əmin olduğunu söyləyib.

 

M. Vals həbs olunanların sayını və adlarını açıqlamasa da, daxili işlər naziri Bernar Kaznyöv 7 nəfərin saxlanıldığını bildirib. Daha əvvəl şübhəli şəxslərdən biri – 18 yaşlı Hamid Murad polisə könüllü təslim olub. Lakin o, terrorda iştirak etmədiyini və alibiyə malik olduğunu bəyan edib.  

 

Xatırladaq ki, yanvarın 7-də yerli vaxtla saat 11.30-da Parisdə “Charlie Hebdo” satirik jurnalının redaksiyasına silahlı hücum olub. Avtomat və qumbaraatanlarla silahlanmış şəxslər əməkdaşlara atəş açmağa başlayıb. Nəticədə 12 nəfər ölüb, 11 nəfər yaralanıb. Basqınçılar Məhəmməd peyğəmbərin karikaturalarını dərc etmiş jurnaldan qisas aldıqlarını bildiriblər.   


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368377

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR