Amerikalı pop ifaçı Beyonce əkiz uşaqlar dünyaya gətirib.

Metbuat.az-ın məlumatına görə, “Us Weekly” və “People” jurnalları da xəbəri təsdiq edib. Qeyd edək ki, Repper Jay-Z-lə evli olan Beyonce hamilə olduğunu ilk dəfə ötən fevral ayında bildirib. Cütlüyün həmçinin 5 yaşlı bir qızı var.

Sübhan / METBUAT.az