Azərbaycanın xalq artisti Zülfiyyə Xanbabayeva yeni klipini təqdim edib.

Publika.az xəbər verir ki, efirlərdə tez-tez görünməyi xoşlamayan sənətçi sükutunu “Melanxoliya” adlı mahnı ilə pozub.

Həzin mahnının sözləri, bəstəsi və aranjemanı tanınmış bəstəkar MC Murada aiddir. Ekran işinin müəllifi isə rejissor Hüseyn Qəribova həvalə olunub.

Xatırladaq ki, bu, Zülfiyyə Xanbabayevanın MC Muradla ilk işi deyil. Xalq artistinin hitə çevrilmiş “Çarəsiz” və “İki doğma insan” mahnılarının müəllfi də bəstəkar MC Murada aidir.

Aytən