Qazax milyarderin qızı təəccübləndi: diplomla birlikdə evlənmək təklifi - VİDEO - FOTO

Qazax milyarderin qızı təəccübləndi: diplomla birlikdə evlənmək təklifi - VİDEO - FOTO
11:12 21 İyun 2017
Ölkə mətbuatı
A- A+

"Səni çox sevirəm! Səninlə ailə qurmaq istəyirəm! Mənə ərə gələrsən?"

Qazaxıstandan olan tələbə, 22 yaşlı Aysel Nurmuhambetova diplom alarkən tələbə yoldaşından bu sözləri eşitdi.

Milli.Az The Guardian-a istinadən bildirir ki, A.Nurmuhambetovaya evlənməyi təklif edən onun həmyerlisi, 22 yaşlı İbrahim Taşim idi.

Aysel Nurmuhambetovanın atası Qazaxıstanın tanınmış və nüfuzlu iş adamı, milyarderdir.

Olay Şotlandiyadakı Aberdin Universitetinin "Elphinstone Hallat" zalında yaşanıb.

İqtisadiyyat və maliyyə fakültəsini bitirərək magistr diplomu alan Aysel səhnədə olanda İbrahim Taşim ona yaxınlaşıb və evlənməyi təklif edib.

Daha sonra o, Ayselin barmağına üzük taxıb.

Çaşbaş qalan və utanan Aysel tələsik səhnədən enib.

İ.Taşimin dediyinə görə, onlar Qazaxıstana qayıdandan sonra evlənəcəklər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Qazax milyarderin qızı təəccübləndi: diplomla birlikdə evlənmək təklifi

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/556211.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR