Göygöl, Daşkəsən, Goranboy rayonlarına dolu düşüb

Göygöl, Daşkəsən, Goranboy rayonlarına dolu düşüb
12:43 21 İyun 2017
90 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

İyunun 20-si gündüzdən 21-i səhərədək müşahidə olunmuş faktiki hava ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, iyunun 20-si axşam şimal və qərb rayonlarından başlayaraq iyunun 21-i səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli olub, dolu düşüb, güclü şimal-qərb küləyi əsib. Yağan leysan yağış nəticəsində çaylarda sululuq artıb.

Düşən yağıntının miqdarı Böyük Qafqazda 4-36, Qazax-Gəncə zonasında 1-30, Mərkəzi-Aran rayonlarında 11-20, Lənkəran-Astara zonasında və Naxçıvan MR-da 1 mm təşkil edib, Sumqayıtda da yağış müşahidə olunub.

Göygöl, Daşkəsən, Goranboy rayonunun Qaraçinar, Zeyvə, Şəfəq kəndləri, Ağstafa, Naftalan, Gədəbəy, Daşkəsən rayonunun Quşçular kəndinə dolu düşüb.

Şimal-qərb küləyi Daşkəsən, Ağstafa, Şəmkir, Qazıməmməd, Tərtər, Gəncə, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda arabir güclənib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR