Lənkəranda evə basqın, ana öldürüldü, qızı isə...

Lənkaranda baş vermiş qanlı hadisə zamanı ölən və yaralanan şəxslərin adı məlum olub. Belə ki, hadisə zamanı çoxsaylı bıçaq zərbələri alan 1954-cü il təvəllüdlü Nəcəfova Arifə Əsəd qızının həyatını xilas etmək mümkün olmayıb. Onun qızı, 1977-ci il təvəllüdlü İlahə Nəcəfova isə xəstəxanda müalicə alır.

Faktla bağlı araşdırma aparılır.

XXX

Lənkəran rayonun Liman qəsəbəsində gecə saatlarında evə basqın olub.

Metbuat.az xəbər verir ki, ana və qızına döyülərək xəsarət yetirilib. Ana ölüb, qızı isə ağır yaralıdır.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən Liman Şəhər Polis İdarəsinin əməkdaşı, polis kapitanı faktı təsdiqləyib:

“Bəli, hadisə nəticəsində ana ölüb. Qızın vəziyyəti isə kafidir. Evdən heç nə oğurlanmayıb. Hadisəni törədən şəxs və ya şəxslər axtarılır”.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR