Play Store

Masallıda bir məktəb bağlanır: müəllim və şagirdlərdən etiraz

Masallıda bir məktəb bağlanır: müəllim və şagirdlərdən etiraz
16:19 21 İyun 2017
38 Digər
Ölkə mətbuatı
A- A+

 

Masallı rayon Kürdəbaz kənd ümumi məktəbinin müəllim və şagird heyəti məktəblərinin ləğv edilərək başqa məktəblə birləşdirilməsini istəmir.

 

Məktəb heyətindən Lent.az-a daxil olan müraciətdə deyilir ki, məktəbin həyətyanı sahəsinin ələ keçirilməsində maraqlı olan İcra nümayəndələrinin istəyi ilə Masallı rayon təhsil şöbəsinin müdiri  Tariyel Əkbərov belə bir təşəbbüs irəli sürüb: “ Tariyel Əkbərov həm də kənd məktəbinin göstəricilərinin çox zəif olduğunu deyir. Amma bu, yalandır. Hazırda məktəbdə 87 şagird, 14 müəllim heyəti var. Kürdəbaz kənd ümumi məktəb 1989-cu ildən fəaliyyət göstərir və rayon sakinləri tərəfindən tikilib”.

 

Şikayətçilər deyir ki, Kürdəbaz kənd ümumi məktəbi qonşu Qarğalıq kənd məktəbi ilə birləşdiriləcək: “Kəndlər arasında 4 km məsafə var. Tutaq ki, birləşdirilsə, soyuq havalarda uşaqlar üçün çətin olacaq.  Bizim kəndi ümumiyyətlə təcrid etmək istəyirlər. Kəndimizdə nə kitabxana, nə mədəniyyət klubu var. Məktəbi də yox etmək istəyirlər”.

 

Masallı rayon təhsil şöbəsinin müdiri Tariyel Əkbərov isə deyir ki, Kürdəbaz və Qarğalıq kənd məktəbləri arasında 4 km deyil, 1.5 km məsafə var: “ Son təhsil göstəriciləri də göstərir ki, bu məktəbdən ali məktəbə qəbul olan yoxdur. Birləşdirmək istədiyimiz Qarğalıq kənd məktəbi isə 620 nəfərlik məktəbdir. Kürdəbaz kənd ümumi məktəbinin müəllimləri ilə bağlı Komissiya yaradılıb. Onlara rayon ümumtəhsil müəssisələrində mövcud olan bütün vakansiyalar təqdim ediləcək. Kim hansını istəsə, seçə bilər. Ancaq istəməyənlər Qarğalıq kənd tam məktəbində işləyəcək. Bizə keyfiyyət lazımdır və bütün işlər "Təhsil haqqında" qanuna uyğun  aparılır”.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277512

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR