Avstriyanın XİN başçısı müsəlman uşaq bağçalarının bağlanmasını təklif edib

Avstriyanın XİN başçısı müsəlman uşaq bağçalarının bağlanmasını təklif edib
05:22 22 İyun 2017
47 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 22 iyun. REPORT.AZ/ Avstriyanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Sebastyan Kurts müsəlman ailələrindən olan uşaqlar üçün bağçaların bağlanmasının lehinə olduğunu bildirib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu o, "Kurier" nəşri tərəfindən təşkil olunan diskussiya klubu aparıcısının "görəsən o müsəlmanlar üçün uşaq bağçalarının bağlanmasını zəruri hesab edirmi?" sualına cavabında deyib:
"Əlbəttə. Onlar bizə lazım deyil. Müsəlman uşaq bağçaları olmamalıdır".
O, həmçinin qeyd edib ki, belə uşaq müəssisələri həm mədəni, həm də dil baxımından ayrıdır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR