“Report” “Associated Press”ə istinadən xəbər verir ki, məlumatı ABŞ Geoloji Xidməti yayıb.
İnformasiyaya əsasən, yeraltı təkanların ocağı Puerto-San-Xose şəhərindən 38 km cənub-şərqdə yerləşib. Zəlzələ 10 km dərinlikdə baş verib.
Dağıntı və itkilər barədə məlumat yayılmayıb.
Qeyd edək ki, ötən həftə Qvatemalada baş verən 6,6 bal gücündə zəlzələ nəticəsində azı 5 nəfər ölüb.