Bu gəncin köməyinizə ehtiyacı var

31 yaşlı bu gəncin köməyinizə ehtiyacı var.

Metbuat.az xəbər verir ki, İsa Şakir oğlu Ağayevin bir il öncə daxili orqanlarında şiş əmələ gəlib. Həkimlər bildiriblər ki, xəstəliyinin İranda müalicəsi var. Bu səbəblə, iki uşaq atası gənc əlində olan hər şeyi sataraq İrana üz tutub. İranda pulu yetdiyi qədər müalicə alıb. Həkimlər bildirib ki, 5-6 dəfə də müalicə alsan, sağalacaqsan. Lakin pulu olmadığından, O, müalicəsini davam etdirə bilməyib.

Gəncin İranda müalicəsini davam etdirmək üçün ona 5-6 min AZN pul lazımdır. İsa Ağayev övladlarını atasız qoymamaq üçün imkanı olan şəxslərdən kömək istəyir.

Müqəddəs Ramazan ayında bu gəncdən köməyinizi əsirgəməyin. Kömək etmək istəyənlər (+994) 55-390-00-94 nömrəsi ilə əlaqə saxlaya bilərlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR