Londonda 79 nəfərin həyatına son qoyan yanğının soyuducudan qaynaqlandığı məlum olub.
Metbuat.az xəbər verir ki, hadisənin 27 mərtəbəli binanın 4-cü mərtəbəsində olan soyuducunun partlaması səbəbilə baş verdiyi ortaya çıxıb. Polis həmin markalı soyuducunun əvvəllər heç vaxt yanğına səbəb olmadığını bildirib.
Hadisənin detallarının tezliklə Britaniya ictimaiyyətinə açıqlanacağı deyilib.
Londondakı yanğında 70 nəfər itkin düşüb -Xilasedicilər çarəsizdir
Aytən Novruzova / Metbuat.az