Hərbi xidmətlə bağlı suallarınızı elektron formada Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətininin elektron ünvanına göndərə bilərsiniz: https://www.exidmet.seferberlik.gov.az/QuestionAndAnswer/Create

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətininin elektron ünvanına göndərilən mesajlardan bir neşəsini təqdim edirik:

- Hansı hərbi hissəyə düşdüyümü necə bilərəm?

Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir. Ele həmin andan etibarən çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür. Eyni zamanda Siz 30 iyun tarixindən etibarən Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət edə bilərsiniz.

- Mən 3 iyul 2017 tarixində çağırışçıyam. Mümkün olarmı iyul ayının axrı gedəm?

Qeyd edirik ki, Siz, fərdi çağırış vərəqəsində göstərilən tarixdə qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və ya bölməsində olmağınız tövsiyyə olunur və qanunvericiliyin tələblərinə uyğun olaraq ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.

- Sülhməramlı kimi xidmət etmək üçün hara müraciət edə bilərəm?

Sülhməramlı Qoşunlar Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin tabeliyində olduğu üçün qeyd etdiyiniz məsələ ilə bağlı aidiyyəti üzrə müraciət etməyiniz tövsiyə olunur.

- Barəsində cinayət işi açılan hərçinin işinə xitam verilirsə, yenidən hərbiyə sənədlərini verib işə qəbul ola bilərmi?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2015-ci il tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 3.9.2-ci yarımbəndinə əsasən, şəxsin məhkumluğu ödənilmədikdə və ya üzərindən götürülmədikdə, həmçinin ağır və ya xüsusilə ağır, habelə hərbi xidmət əleyhinə cinayət törətdikdə müvafiq dövlət orqanları və ya hərbi hissələr tərəfindən bağlaşmanın imzalanmasından imtina edilir.

- Könüllü olaraq Azərbaycandan kənarda Həqiqi Hərbi Xidmət edə bilərəmmi ?

Müraciətinizə tərəfimizdən baxılmışdır. Bildiririk ki, 1997-ci il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sülhməramlı bölüyü, 2001-ci ildə isə sülhməramlı taboru yaradılmışdır. 1999-cu ilin sentyabr ayından başlayaraq Azərbaycan Silahlı Qüvvələri Kosovoda, Əfqanıstanda və İraqda Beynəlxalq Sülhməramlı Ordu tərkibində sülhməramlı fəaliyyət aparırlar. Qeyd olunan məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (http://www.mod.gov.az/) müraciət etməyiniz tövsiyə olunur.

- Hazırda çağırışçıyam. Hərbi xidmət başlayana qədər ölkəni tərk edə bilərəm ?

Bildiririk ki, müddətli həqiqi hərbi xidmətə çağırılacaq vətəndaşlara çağırış ayınadək sərhədkeçməyə məhdudiyyət qoyulmur.

Hansı hərbi hissəyə düşdüyünüzü BU YOLLA ÖYRƏNİN... -İnternet və SMS

Xəyalə Məmmədova / METBUAT.AZ