“Report” “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bu barədə “PwC” audit şirkətinin hesabatında bildirilir.
Sənədə əsasən, artımın 6,6 trln. dollarlıq hissəsi istehsal proseslərinin avtomatlaşdırılması və süni intellekt sayəsində əmək resurslarının artması hesabına təmin olunacaq. Qalan 9,1 trln. dollarlıq ÜDM isə fərdi istehlaka hesablanmış, yüksək keyfiyyətli məhsul istehsalı sayəsində formalaşacaq.
“Biz gələcəyi insan və maşınlar birlikdə daha effektiv görürük, nəinki insan təkbaşına olsun”, - deyə “PwC”nin analitiki Anan Rao bildirib.