Havalar istiləşdikcə köhnə yaşayış binalarının qarşısında yağışdan sonrakı göbələk kimi çayxanalar ortaya çıxır.
Bu obyektlər çox vaxt səs-küy yaratdıqları üçün bina sakinlərinin narazılığına səbəb olur. Eyni zamanda, həmin çayxanaların piyada səkisinə yaxın yerləşməsi çox zaman yolun kənarı ilə getmək istəyən xanımları narahat edir.
Hüquqşunas Xəyal Bəşirov Metbuat.az-a açıqlamasında deyib ki, bununla bağlı dəfələrlə şikayət daxil olub:
“Yaşayış binalarının birinci mərtəbəsində açılan çayxanalarda siqaret, qəlyan və digər sağlamlığa zərər verən vasitələrdən istifadə edir, həm də səs-küy salırlar. Qanunvericilikdə göstərilib ki, bina sakinləri bu cür obyektləri məhkəməyə verib həm kompensasiya ala, eləcə də buna son qoymaqla bağlı məhkəmə qərarı edə bilərlər. Qeyd etdiyimiz problemlərlə bağlı qanunvericilikdə dəyişikliklər edilib, məsuliyyətlər yaransa, daha yaxşı olar.