İstər yeni, istərsə də köhnə məzillərdə “kupça” məsələsi (çıxarış) problem kimi hər zaman aktuallığını qoruyur.

Mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların ("Kupça"ların) əldə edilməsi prosesi necə aparılır?

Əmlak Məsələləri Üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata əsasən, sənədlər qanunauyğun şəkildə müəyyən olunursa, hər bir vətəndaş çıxarışını ala bilər:

“Təzə binalarda çıxarışla bağlı problem yoxdur. Sənədlərini qanunauyğun şəkildə təqdim edən istənilən vətəndaş çıxarış ala bilir. Qanunla təqdim olunan sənədlərin siyahısı mövcuddur. Bu siyashıya uyğun olaraq, sənədlər təqdim olunan zaman heç bir problem yoxdur”.

Çıxarış köhnə və yeni binlarda necə alınır?

Bununla bağlı Metbuat.az-a açıqlama verən hüquqşunas Xəyal Bəşirov bildirib ki, yeni tikili binalar mütləq qaydada istismara qəbul olunmalıdır:

“Bu da ərazi üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul olunur. İstismara qəbul olunduqdan sonra həmin binada mənzil alan şəxslər Mənzil Tikinti Koperativinin üzvünə çevrilir. Koperativin üzvləri həmin koperativlə bağladıqları müqavilə əsasında müraciət edirlər. Onların mülkiyyət hüquqularının təsdiqi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti var. Onlara mülkiyyət hüququnun təsdiqlənməsi ilə bağlı çıxarış hüququ verilib. Bu yolla çıxarış almaq mümkündür. Köhnə binlarda isə "kupça" olduğu üçün alqı-satqı müqaviləsi əsasında çıxarış alınır. Notarius alqı-satqı müqaviləsinin bir nüsxəsini Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinə göndərir. Onlar mənzili almış yeni şəxsin adına çıxarış verirlər”.

Xəyalə Məmmədova / METBUAT.AZ