Ev almaq istəyən Ucar rayon sakini
Seymur Süleymanov fırıldaqçılıqla üzləşib.
Bu barədə şikayətçinin özü Metbuat.az-a
məlumat verib. Hadisələr Seymur Süleymanovun Ucar rayonunda 10 min manata
satışa çıxarılan evi almaq istəyi ilə başlayıb. Ev sahibinin oğlu Qadir Tağıyev
ilə görüşən şikayətçi, evi satmaq barədə öncə razılıq alıb. Daha sonra Qadir
Tağıyev şikaytçidən ilkin ödəniş olaraq 2300 manat pul ödəməsini tələb edib. Qadir
Tağıyevin şəxsiyyət vəsiqəsində problem olduğu üçün pulun anası Münəvvər Tağıyevanın
adına rəsmi qaydada verilməsini istəyib. Notariusa yolu ilə rəsmi şəkildə ödənilib. Daha sonra Qədir Tağıyev şikayətçidən əlavə olaraq 500 manat pul alıb və evi başqa birinə sataraq yoxa
çıxıb.
Şikayətçi Seymur Süleymanov ona dəymiş
ziyanın ödənilməsi ilə bağlı Ucar Rayon Polis Şöbəsinə şikayət edib. Bu barədə
Metbuat.az-a açıqlama verən Ucar Rayon Polis Şöbəsinin müstəntiqi Nadir Qədirov bildirib ki, həmin şəxs barəsində araşdırma
aparılır:
“Onların arasında notarial qaydada
təsdiq olunmuş borc müqaviləsi var. Müqavilədə
qeyd olunan müddət ərzində borc qaytarılmalıdır. Qaytarılmadığı təqdirdə onlar mülki
qaydada rayon məhkəməsinə müraciət edə bilərlər”.
Şikayətçi daha sonra məhkəməyə
müraciət edib. Oradan bildirilib ki, pul Münəvvər Tağıyevanın adına alındığı
üçün hazırki durumda məbləğin
qaytarılması qadının pensiyasının hər ay 50%ni təşkil edə bilər. Bu da
Seymur Süleymanovu qane etmir.
Baş vermiş hadisə ilə bağlı polis tərəfindən
araşdırma davam etdirilir. Problem
diqqətimizdədir...
Xəyalə Məmmədova / METBUAT.AZ