ABŞ-ın Nyu-York şəhərində yerləşən xəstəxanalardan birində silahlı insident baş verib.

Metbuat.az CNN-ə istinadən xəbər verir ki, nəticədə 6 həkim yaralanıb. Son məlumata görə, hücumu təşkil edən şəxsin 16-cı mərtəbədə özünü öldürdüyü qeyd olunub..

Cinayətkarin xəstəxananın keçmiş əməkdaşı olduğuna dair iddialar var.