Ukraynanın Çernobl şəhərində girişə qapalı ərazidəki meşədə yanğın baş verib.
Metbuat.az xəbər verir ki, yanan 25 hektar ərazinin 12 hektara yaxını söndürülsə də, alov səngimək bilmir. Radiasiyanın səviyyəsində yüksəlmə olmadığı bildirilib.
Hadisə yerinə Mi-8 və An-32 P tipli iki təyyarə də cəlb edilib.
Aytən Novruzova / Metbuat.az