Bir neçə gün əvvəl dünyasını dəyişən Opera və Balet Teatrının solisti, Azərbaycanın xalq artisti Qəndab Quliyevanın sosial şəbəkədə yeni videosu yayılıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, videonu xanəndənin oğlu anasının adı ilə idarə etdiyi səhifədə paylaşıb.

Görüntüdə xalq artistinin oğlu ilə rəqs etməsi əks olunub.

Xatırladaq ki, Q.Quliyeva iyunun 26-da 67 yaşında dünyasını dəyişib.

Səhhətində ciddi problemlər yaranan Q.Quliyeva bir neçə gün əvvəl Respublika Müalicəvi Diaqnostika Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilmişdi. Həkimlər ona ürək, böyrək çatışmazlığı və ağ ciyərin sətəlcəmi diaqnozu qoymuşdu.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Xalq artistinin ölümündən əvvəlki son rəqsi - VİDEOXalq artistinin ölümündən əvvəlki son rəqsi