Əllərində telefon, qulaqlarında qulaqcıq, nəqliyyatın gedişinə fikir verəmədən, yerüstü piyada keçidlərindən istifadə edən piyadalar çox vaxt sürücülərdə qıcıq yaradır.
Sürücülər həmin piyadaların onlara verilən imkanlardan süni istifadə etdiyini düşünürlər. Çox vaxt da bu cür hallara avtomobillərinin siqnalı ilə etiraz edirlər.
Yerüstü piyada keçidindən keçən bu cür şəxslərlə bağlı hansısa cərimə mövcuddur?
Nəqliyyatdakı bu problemlə bağlı Metbuat.az-a açıqlama verən yol eksperti, hüquqşunas Ərşad Hüseynov bildirdi ki, yerüstü piyada keçidindən keçərkən dayanmaq, çox vaxt itirmək olmaz:
“Piyada keçidini asta, diqqətsiz keçən piyadalara qarşı ayrıca cərimə yoxdur. Buna görə hər hansı bir cərimənin tədbiq olunması mümkünsüz məsələdir. Cərimə yolu lazım olmayan yerdən keçənlərə, nəqliyyatın gedişinə mane olan şəxslərə qarşıdır. Amma piyda da bilməlidir ki, yerüstü piyada keçidindən ləngimədən keçmək lazımdır”.
DİQQƏT: Sürücülər, bunu edən "yanacaq"! - 50 AZN cəriməsi var - OXUMAQ ÜÇÜN TIKLAYIN!
Xəyalə Məmmədova / METBUAT.AZ