“Eurovision-2011”-in qalibi Nigar Camal bu il Azərbaycanı “Eurovision” yarışmasında təmsil edən Diana Hacıyevanın ünvanına tənqidlər yağdırıb. Lent.az-ın məlumatına görə, N.Camal “ATV maqazin onlarla” verilişində həmkarı barədə bu sözləri deyib: “Diana ilə bağlı bircə şey deyə bilərəm ki, onun stilini bizdə qəbul etməyəcəklər. Ən yaxşısı o, gedib klublarda oxusun. Onu “Eurovision"da da bəyənmədim. Mahnısı gözəl idi, ifasını xoşlamadım. Sözlərini, səhnədə davranışlarını anlamadım. Deyirdim, səhnədə bir az seksual qadın olacaq, amma soyuqqanlı idi. Diana səhnə üçün maraqlı idi, mənfi tərəfi o oldu ki, jurnalistlərə soyuq davrandı. İstərdim ki, heç olmasa onluğa düşərdik. Bizimkilər xoşlayır desin ki, bu müsabiqədə siyasət rol oynayır. Yaxşı, birinci, ikinci yer siyasətdən asılıdır. Bəs onluğa düşmək? O da siyasət deyil axı. İki həftə müsabiqə keçirilən yerdə qalırlar, jurnalistlərlə mehriban olsunlar".