Bakı. 3 iyul. REPORT.AZ/ Xudat şəhər sakini dənizdə çimərkən boğulub. “Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Belə ki, iyulun 2-də Xaçmaz rayonunun Xudat şəhər sakini Aqil Camalov Muxtadır qəsəbəsi ərazisində dənizdə çimərkən boğulub. Meyit sudan çıxarılıb.