Almaniyanın İqtisadi İşlər və Energetika Nazirliyinin rəsmisi cənab Anders Hart Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, “Aztelekom” MMC-nin və “Baktelekom”un nümayəndələri üçün seminarlar keçəcək.
Ekspert missiyası çərçivəsində müxtəlif mövzular ətrafında təqdimatlar ediləcək, tədbir iştirakçılarına Avropa ölkələrinin, xüsusilə də Almaniyanın informasiya və telekommunikasiya texnologiyaları sahəsindəki nailiyyətləri, təcrübəsi və gələcək planları barədə məlumat veriləcək.
Qeyd edək ki,“Aztelekom” MMC-nin təşəbbüsü ilə keçirilən tədbir 5 gün davam edəcək.

