Türkiyə və Rusiya prezidentləri Almaniyanın Hamburq şəhərində keçiriləcək G20 sammiti çərçivəsində (iyulun 7-8-də) görüşəcəklər.

Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin görüş zamanı Suriya böhranının nizamlanması yollarını müzakirə edəcəyi deyilir.

Metbuat.az-a açıqlama verən millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov bildirib ki, Suriya böhranı ilə məsələ müzakirə ediləcək:

"İndidən Türkiyə, Rusiya, eləcə də beynəlxalq KİV-də bu məsələyə xüsusi diqqət verilir. Sammit öncəsi Türkiyə prezidnetinin Putin və Tramp ilə telefon danışığı olub. Danışıqlar zamanı müzakirə olunan ən ciddi məsələrdən biri də Suriya böhranı ətrafında olub. Suirya böhranın artıq elə bir mərhələsidir ki, bu mərhələdə tərəflərin hər biri fəal siyasət həyata keçirmək istəyir. Bir çox hallarda mövqelərin kəskin fərqliliyi ortaya çıxır. Bu nöqteyi nəzərdən, Ərdoğan ilə Putinin Almaniyada keçiriləcək sammit çərçivəsində aparacaqları danışıqlarda korlanmış münasibətlərin bərpası istiqamətində müvafiq addımlar atılacaq.

Bəşər Əsəd hakimiyyətinə münasibət səsələnəcək

Görüş çərçivəsində Suriya böhranı, Bəşər Əsəd hakimiyyətinə münasibət səsələnəcək. Çünki vaxtilə Ərdoğan birmənalı şəkildə Bəşər Əsədin istefasını tələb edirdi. Lakin Rusiya isə əks mövqedən idi. Münasibətlərin həlli ilə bağlı işlərin yekunlaşma mərhələsində tərəflər hansı mövqedən çıxış edəcək və onlar ortaq məxrəcə gələ biləcəklərmi?! İstisna deyildir ki, Almaniyada keçirilən bu sammit çərçivəsində hər iki dövlətin rəhbərləri regionun ən geniş münaqişələrindən biri olan Suriya böhranı ətrafında ortaq məxrəcə gəlib, onun həllinin tapılması istiqamətində müəyyən addımlar atsınlar. Görüşdə bu tendensiya müşahidə olunacaq”.

XİN rəhbərlərinin görüşündən nə gözləyək? - Sülh, yoxsa hərb?

Xəyalə Məmmədova / METBUAT.AZ