Yeganə VARİANT, iki gün sonra qorxunc sonluğun BAŞLANĞICI... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Paylaş
103 baxış·7 dəq oxu
Ermənistanın Gümrü şəhərinin yaxınlığında zəlzələ
baş verib. Qazaxıstanın paytaxtı Astanada Suriyada atəşkəs
rejiminin zaminləri olan Rusiya, Türkiyə və İranın nümayəndələrinin
yer aldığı işçi qrupunun iclası başlanıb.Rusiya
prezidenti Vladimir Putinlə Çin Xalq Respublikasının sədri Si
Cinpin arasında görüş keçirilib.Rusiya və ABŞ
prezidentləri - Vladimir Putin və Donald Tramp arasında keçiriləcək
görüşün tarixi məlum olub.Neft müharibələrindən başı
ayılmayan Yaxın Şərqdə su müharibələri başlayır. Dünyanın diqqəti
yenidən Koreya yarımadasına çevrildi.
Azərbaycanın Rusiyadan aldığı silahların növbəti
partiyasının Bakıya çatdırılması İrəvanda qəzəb doğurdu. İndi
münaqişə qaçılmazdırmı və Ermənistan yeni “təhlükəsizlik zaminləri
axtarmağa” başlayacaqmı?!
Bu barədə Rusiyanın “Rosbalt” agentliyi Azərbaycanın əraziləri
azad etmək üçün yeni müharibəyə hazırlaşdığına dair məqaləsində
yazır. Agentlik Bakıya gətirilən silahlara diqqət çəkib və bu
silahların ən yeni hərbi texnika olduğunu qeyd edib.
Bakının müharibə HAZIRLIĞI: Putin İrəvandan üz döndərdi, Ermənistan...
Rusiya Cənubda öz güclərini cəmləşdirəcək, çünki
Ukraynadan sonra hədəf Qafqazdır. ABŞ Mərkəzi
Kəşfiyyat İdarəsinin (CİA) kölgəsi hesab olunan “Stratfor”
kəşfiyyat-analitik mərkəzi Rusiyanın yeni hərbi hədəfləri haqda
yazıb.
Rusiya son 20 il ərzində ilk dəfə hərbi büdcəsini 5 faiz
azaltdığına diqqət çəkən mərkəz qeyd edir ki, “görünür, Rusiya
diqqətini əsas hədəflərə yönəldəcək”.
“Münaqişənin mərkəzi Qafqaza – Gürcüstana, Azərbaycana və
Ermənistana daşına bilər. Məhz Qafqaz Qərb və Rusiyanın beynəlxalq
səviyyədə hərbi-siyasi qarşıdurmasının yeni nöqtəsi ola bilər”, -
deyə məqalədə bildirilir.
Mərkəzin analitikləri iki məqama diqqət yetirilirlər: birincisi,
Gürcüstanda NATO-nun tədris mərkəzinin açılışı; ikincisi, Dağlıq
Qarabağ münaqişəsi zonasında gərginliyin artması.
Amerikalı analitiklər qeyd edirlər ki, Rusiya Qarabağ
münaqişəsində təmkinli diplomatiya izləyir. Moskva münaqişə
tərəflərini dialoqa çağırır, həmçinin, hər iki ölkəyə silah
çatdırır.
Bu gün Ermənistanın Gümrü şəhərinin yaxınlığında
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib.
Episentri 10 kilometr dərinlikdə olan zəlzələ Stepanavan və Artik
şəhərlərində hiss edilib. Dağıntılar və zərərçəkənlər barədə
məlumat verilməsə də, zəlzələnin “Metsamor” Atom Elektrik
Stansiyasına çox da uzaq olmayan ərazidə baş verməsi region üçün
narahatlığı artırıb.
Azərbaycanlı alimdən Ermənistan üçün dəhşətli ZƏLZƏLƏ PROQNOZU: 9-10 bal...
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iki gün
əvvəl ölkəsində səfərdə olan Rusiyanın müdafiə naziri Sergey Şoyqu
ilə görüşdü. Rusiyanın “Svobodnaya pressa” nəşri
İstanbulun Tarabya sarayında bağlı qapılar arxasında baş tutan
görüşü qiymətləndirib.
Nəşr qeyd edir ki, Moskva PYD terror təşkilatının ABŞ-a
yaxınlaşmasından sonra təşkilatın nəzarətində olan Suriyanın Afrin
bölgəsindən uzaqlaşmağa qərar verib. Bu baxımdan, Türkiyənin
Afrində həyata keçirəcəyi əməliyyata Rusiyanın da dəstək verəcəyi
bildirilir.
Türkiyənin həyata keçirəcəyi əməliyyatın “Fərat Qılıncı”
adlandırılacağını yazan “Svobodnaya pressa” 70 gün davam edəcək
əməliyyatın gedişatında bölgədəki 41 PYD hədəfinin məhv edilməsinin
planlaşdırıldığını qeyd edib.
Nəşr yazır ki, PYD-nin rəhbəri Saleh Müslim əməliyyata mane
olmaq üçün ABŞ-dan kömək gözləyir.
Yaxın vaxtlarda İŞİD və “Əl-Qaidə” terror
təşkilatlarının birləşməsi imkanı mövcuddur. Bu
proqnozla Avropa İttifaqının terrorizmlə mübarizə məsələləri üzrə
koordinatoru Jil de Kerşov Belçikanın “Soir” qəzetinə müsahibəsində
bildirib.
Onun sözlərinə görə, faktiki hərbi uğursuzluqlarına baxmayaraq,
təşkilat internetdə fəaliyyətini davam etdirir. Siyasətçi bildirib
ki, internetdə terrorizmin təbliğatı ilə mübarizə üçün daha çox səy
göstərmək lazımdır.
Kerşov əlavə edib ki, Avropa İttifaqının polis xidmətində
(“Avropol”) terrorçuların internetdə daimi monitorinqi üçün
mütəxəssislərdən ibarət komanda yaradılıb.
Qazaxıstanın paytaxtı Astanada Suriyada atəşkəs
rejiminin zaminləri olan Rusiya, Türkiyə və İranın nümayəndələrinin
yer aldığı işçi qrupunun iclası başlanıb. İclasda
müzakirə olunacaq əsas məsələ təhlükəsiz zonalarının sərhədlərinin
uyğunlaşdırılmasıdır.
İclasın gündəliyində həmçinin tarixi-mədəni obyektlərin
minalardan təmizlənməsi və milli barışıq üzrə komitənin yaradılması
mövzuları var.
Öz növbəsində, Qazaxıstanın xarici işlər naziri Kayrat
Abrmaxmanov bildirib ki, yekun sənədlər təhlükəsizlik zonaları
haqqında memorandumla bağlı olacaq.
Suriya danışıqları başlandı: Ölkə bölünür
Neft müharibələrindən başı ayılmayan Yaxın Şərqdə su
müharibələri başlayır. İran iki gün öncə öz
torpaqlarından başlayaraq, Şimali İraqa, oradan isə İraqa axan
Kiçik Zap çayı üzərindəki Silve, Visk və Kolse baryerlərinin
qarşısını kəsib. İran rəsmiləri quraqlığı səbəb göstərərək,
baryerləri ən azı 60 gün ərzində bağlı tutacaqlarını açıqlayıb.
Şimali İraq Kürd Muxtariyyəti isə İranın yolunu gedərək, Bağdada
gedən suyun yolunu kəsib. Su problemi ilə üzləşən Bağdad
hakimiyyəti narahatdır.
Azərbaycanın qonşusundan təhlükəli addım - Yeni MÜHARİBƏ BAŞLAYIR
ABŞ-ın dəstək verdiyi “Suriya Demokratik Gücləri”
İŞİD terror təşkilatının nəzarətində olan Suriyanın Rakka şəhərinin
mərkəzinə doğru irəliləyir. Bu haqda Amerika Mərkəzi
Qüvvələr Komandirliyi (CENTCOM) məlumat yayıb. Açıqlamada
bildirilir ki, beynəlxalq koalisiyanın dəstəyi ilə Rakkanın “Köhnə
Şəhər” adlandırılan tarixi bölgəsində İŞİD-in müdafiəsini yarmaq
mümkün olub.
ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı siyasi
alət kimi Avropaya mayeləşdirilmiş qaz çatdırmasından istifadə
edir. Bu haqda “Röyters” agentliyi yazıb.
Ağ Evdə qeyd edirlər ki, son illərdə Moskva qış aylarında qonşu
ölkələrlə qiymət mübahisələri zamanı qazın çatdırılmasını
dayandırıb. Trampın energetika ehtiyacına görə “Rusiyanın
əsarətində” qalan müttəfiqlərə kömək etmək istədiyi bildirilir.
“Amerika maye qazının Avropaya çatdırılması Kremldən asılılığı
azaltmalıdır”, - Ağ Evdən qeyd ediblər.
Putinə qarşı əsas “kozır”: İki gün sonra Rusiya üçün dəhşətli layihə ELAN EDİLƏCƏK
Şimali Koreyaballistik raket sınağı
keçirib. Pxyonan-Pukto vilayətindən buraxdığı raket
Yaponiyanın xüsusi iqtisadi zonasının ərazisinə düşüb.
Koreya Xalq Demokratik Respublikasının (KXDR)
ölkənin qərbində yeni ballistik raket sınağını keçirməsi bölgədə
vəziyyəti yenidən gərginləşdirib. Seul və Tokionun
bəyanatlarına görə, raket təxminən 40 dəqiqə ərzində 930 kilometr
məsafə qət edib.
Yaponiya raket sınağını təxribat olaraq qiymətləndirib və
Pxenyanın BMT Təhlükəsizlik Şurasının qətnamələrini növbəti dəfə
pozduğunu açıqlayıb. Cənubi Koreyanın yeni dövlət başçısı Mun Çje
İn isə Təhlükəsizlik Şurasının təcili toplantısını çağırıb.
Uzaq Şərqdə həyəcan siqnalları: Müharibə hər an BAŞLAYA BİLƏR - VİDEO
“Koreya Xalq Demokratik Respublikası tərəfindən
birinci qitələrarası ballistik raketin işə salınması deməyə əsas
verir ki, Pxenyan ABŞ-a nüvə döyüş sursatları ilə zərbə üçün
texnologiyalara malikdir”. Bunu Hərbi-siyasi
Tədqiqatlar Mərkəzinin rəhbəri, beynəlxalq məsələlər üzrə Rusiya
Şurasının eksperti Vladimir Batyük deyib.
"Daha ABŞ-ı məhv etmək çətin olmayacaq" - Müstəqillik Günündə HƏDİYYƏ
“Koreya Xalq Demokratik Respublikası ətrafında
eskalasiya potensial olaraq vəziyyətin faciəli inkişafına gətirib
çıxara bilər”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin
başçının müavini Sergey Ryabkov deyib.
O qeyd edib ki, Koreya böhranının həlli üzrə Rusiyanın irəli
sürdüyü təkliflərin mahiyyəti çoxtərəfli dialoqun davam
etdirilməsinə əsaslanır.
“Pxenyan tərəfindən həyata keçirilən yeni raket sınağı növbəti
xatırlatmadır ki, vəziyyətin qarşısıalınmaz istiqamətdə inkişaf
etməməsi üçün sadəcə başqa variantlar mövcud deyil”, - rusiyalı
diplomat bildirib.
İyunun 27-də Ukrayna müəssisələrinin kompüterlərini
sıradan çıxaran “Petya.A” virusunun Rusiyada yaradıldığı ehtimal
edilir. “Finansial Tayms” nəşri xəbər verir ki, belə
nəticəyə Qərb analitikləri gəliblər.
Qeyd edilir ki, analitiklər kiberhücumun edildiyi şəbəkələr
haqqında məlumatlar, həmçinin yoluxma taktikalarının analizindən
sonra belə nəticəyə gəliblər. Bundan başqa, Böyük Britaniya nəşri
vurğulayır ki, Avropa kəşfiyyat orqanlarının əməkdaşları da eyni
fikirdədirlər.
Qlobal hücumun arxasından Rusiya çıxdı - Kəşfiyyat TƏSDİQLƏDİ
Rusiya Ukrayna ilə sərhədə, Donbas və Krım
istiqamətində 60 min əsgər cəmləyib. Bu barədə
Ukrayna Müdafiə nazirinin müavini İvan Rusnak məlumat verib. Rusnak
sərhədə toplanan Rusiya hərbi qüvvələrinin “Toçka” taktiki raket
sistemləri, zirehli hərbi maşınlar, top sistemləri ilə təchiz
edildiyini açıqlayıb.
Bu gün Kremldə Rusiya prezidenti Vladimir Putinlə Çin
Xalq Respublikasının sədri Si Cinpin arasında görüş
keçirilib. Putin görüşdən əvvəl mətbuat üçün açıq hissədə
görüşü ikitərəfli münasibətlər üçün əsas adlandırıb.
Kremlin başçısı ölkələrin müasir təhlükələr və çağırışlara qarşı
birgə mübarizə apardığını deyib.
Çin lideri də öz növbəsində bildirib ki, Moskva və Pekin
ölkələrin münasibətlərinə xarici siyasi vəziyyətdə müşahidə olunan
dəyişikliklərin təsir etməyəcəyi barədə razılaşıblar. O xatırladıb
ki, vəzifəsinə başlamasından bu yana Putinlə 22 dəfə görüşüb. Si
Cinpin əminliyini ifadə edib ki, onun səfəri tam müvəffəqiyyətlə
nəticələnəcək.
Rusiya və ABŞ prezidentləri - Vladimir Putin və
Donald Tramp arasındakı görüş G20 (“Böyük iyirmilik”) sammiti
çərçivəsində iyulun 7-də Almaniyanın Hamburq şəhərində
keçiriləcək. Bu haqda Rusiya prezidentinin köməkçisi
Yuri Uşakov jurnalistlərə deyib.
KİV-in anonim mənbələrə istinadən yazdığına görə, prezidentlərin
görüşündə əsasən Suriya və Ukraynadakı vəziyyət müzakirə
ediləcək.