"Bizim müğənnilər şou göstərməyi bacarmır. Az müğənni var ki, səsi gözəldir, şou göstərir, əsl səhnə adamıdır. Digərləri toy axtarır".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Xatun Əliyeva deyib.

"ATV kulis"ə açıqlama verən sənətçi özünə parodiya etməyə qadağa qoyduğu müğənnilərin adını açıqlayıb:

"Qadağada Könül Kərimova birinci yerdədir. İkinci isə Dostəliyeva (Nazpəri Dostəliyeva) xanım, üçüncü Seyidcahan (Elza Seyidcahan) və Mətanət Əsədovadır. Mətanəti qadağaya qoymamışam, amma onu parodiya etməyə cəsarətim yoxdur. Qorxuram".

Milli.Az