Kişi olarkən nişanlısı ilə çəkilmiş fotolarını paylaşdığı üçün müğənni Onur Akayı məhkəməyə verən Bülent Ersoya gözləmədiyi xəbər verilib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, Ersoy Akaydan 50 min lirəlik (təxminən 25 min manat) təzminat tələb edib. İstanbul 22-ci Asliye Məhkəməsində baxılan iş heç bir hüquqi əsası olmadığı üçün Fikri Sanai Hüquq Məhkəməsinə göndərilib. İşə yenidən baxılacaq. Prosesdə Onurla Bülənt iştirak etməyib.
Xatırladaq ki, Onur Akay Bülent Ersoyun cinsiyyətini dəyişməzdən əvvəl nişanlısı ilə dəniz fotolarını paylaşmışdı.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində