Əməkdar artist Aybəniz Haşımova bu gün Sənət Akademiyasının tələbələri və müəllim heyəti ilə Azərbaycan Qəhrəmanı Xalid Quliyevin şəhid olmasının 25 illik anım tədbirində iştitak edib.

Publika.az xəbər verir ki, bu barədə müğənni özü instaqram hesabında məlumat verib. Onun sözlərinə görə, tədbir İslahatcı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlının təşəbbüsü ilə keçirilib.

Şəhidin məzarı önündə keçirilən anım mərasimində Xalid Quliyevin qızı Aynişan Quliyeva, anası və digər ailə üzvləri iştirak edib. Tədbirin sonunda gənclər və tələbələr Xalid Quliyevin məzarına güllər düzüb, bütün şəhidlərin ruhuna dualar oxuyub.

Allah bütün şəhidlərimizə rəhmət etsin!

Aytən