Ağcaqanadlardan belə xilas olun

Havaların isinməsi ilə əlaqədar hər kəsin baş bəlası ağcaqanadlar ortaya çıxıb. 

Metbuat.az xəbər verir ki, çox sadə üsullarla bu problemə çarə tapa bilərsiniz.

Ağcaqanadların evə girməsini əngəlləmək üçün pəncərə və balkon qapılarına tor üzlüklər vura bilərsiniz.

Əgər ağcaqanadlar üçün olan kimyəvi dərmanlardan istifadə etmək istəmirsinizsə, ənənəvi üsullar köməyinizə çatacaq.

Tozsoran: Tozsoran vasitəsilə ağcaqanadın arxasından yaxınlaşıb içəri çəkə bilərsiniz.

Ağcaqanad yeyən çiçəklər: Evinizdə belə çiçəklər saxlamağınız ağcaqanadlardan xilas olmağınıza yardımçı olacaq. Bu çiçək ağcaqanadı iki yarpağı arasına alır və yarpaqlar bağlanır.

Kimyəvi olmayan spreylər: Tərkibi kimyəvi maddələr olan dərmanlar əvəzinə ağcaqanad spreyini evinizdə hazırlaya bilərsiniz. Spreyləri hazırlamaq üçün qabyuyan şampunlardan istifadə edə bilərsiniz.

İşıqları söndürün: Hava qaraldığı zaman evin işıqlarını söndürüb balkonun işığını yandırın, ağcaqanadlar işığa doğru uçaraq evi tərk edərlər.

Aysel Yaqubqızı / Metbuat.az

Kartofu qabığı ilə yeyin - Çox faydalıdır - Oxumaq üçün tıklayın



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR