BAKIDA: Banklarda uzun növbələr yaranıb

Monitora zillənən gözlər, qarışıqlıq, tarıma çəkilən əsəblər və gəlməyən növbə...

Filialların sayının azlığı, həmçinin işçi ixtisarları banklarda uzun növbələrin yaranmasına səbəb olub. Banka müraciət edən müştəri şanslıdırsa, bu növbələrdə azı 30 dəqiqəsini itirir. Şanssız olanlar isə saatlarla gözləməli olur. Vaxt itkisi, əməliyyatların gecikməsi müştərilərdə narazılıq yaradır.

Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirdi ki, Azərbaycanda son zaman yaranmış vəziyyətin əsas məğzi banklarla müştərilər arasında kifayət qədər problemlərin olmasıdır:

“Banklar son vaxtlar müştərilərinə kredit müqavilələrinə yenidən baxmağı təklif edirlər. Bu zaman onlarla insan bank şöblərinə gəlir. Bu da növbə yaranmasına gətirib çıxarır. Əslində, banklar öncədən onlayn formada növbəlilik sistemini tədbiq etsəydilər, vətəndaş bankın hansı şöbəsinə, nə zaman yaxınlaşmalı olduğunu bilərdi. Yəni, müştəri bankda çek götürüb növbədə gözləməkdənsə, öncdən qeydiyyatdan keçib, banka gələcəyi vaxtı müəyyənləşdirə bilərdi. Bunu eləmək çox asandır. Prosesin həyata keçiriləməsi üçün yazılı proqralar lazımdır. Həmin proqram bankın saytında yerləşdirilməli, vətəndaşlar onlayn qaydada növbə tutaraq, banklara müraciət etməlidir. Bank şöbələrində onlarla müştərinin yığışmasının qarşısını almaq olar”.

Bu günə olan məzənnə - Mərkəzi Bank – OXUMAQ ÜÇÜN TIKLAYIN! 

Xəyalə Məmmədova / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR