Sabirabaddan çox üzücü xəbər gəldi

Sabirabad rayonunda ağır yol qəzası baş verib.

Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, iyulun 11-də saat 01 radələrində Sabirabad rayonunun Sərxanbəyli kəndi ərazisində kənd sakinləri Emil Dövlətovun idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Vüsal Abdullayevin idarə etdiyi motosiklet toqquşub.

Nəticədə V.Abdullayev və 1 sərnişini, habelə E.Dövlətovun 2 sərnişini xəstəxanaya yerləşdirilib, V.Abdullayev orada ölüb.

Sabirabad rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Həmyerlisini borc görə qətlə yetirdi - YEVLAXDA - Oxumaq üçün tıkla



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR