Xalq artisti Arif Babayev - Qax rayonunda dincələcək;
Əməkdar artist Zöhrə Abdullayeva - Hazırda Stokholmdadır (İsveç);
Xalq artist Gülyaz Məmmədova- Lənkəranda valideyinlərinin yanında istirahət edir;
İradə İbrahimova - Hazırda Bodrumda ailəsi ilə bağ evlərində istirahət edir. Yaxınlarda iş üçün Azərbaycana gələcək. Bu zaman o, Azəbaycanın bölgələrində dincəlməyi düşünür;
Nadir Qafarzadə - Artıq İstanbula gedib, qarşıdakı aylarda isə dəniz olan bir yerə getməyi düşünür. Bu, Nabran, Gürcüstan yaxud da Bodrum ola bilər;
Əməkdar artist Tünzalə Ağayeva - Ailəsi ilə birlikdə Bodrumda öz evində dincələcək. Eyni zamanda yay boyu bir neçə yerə səyahət edəcəyi də gözlənilir;
Zamiq Hüseynov - İşləri çox olduğuna görə, Bakıdadır. İstirahət haqqında hələlik planı yoxdur;
Əməkdar artist Sabir Məmmədov - Poylu kəndində istirahət etməyi düşünür;
Sevda Yəhyayeva - Artıq Antalya və Bodrumda istirahət edib və yenə istirahət üçün xaricə üz tutacağı gözlənilir;
Xalq artisti Səkinə İsmayılova - Hazırda dərslər və imtahanlarla məşğul olduğu üçün istirahət haqqında hələ ki, düşünmür;
Xalq artisti Ramiz Novruzov - Yay ayları ərzində film çəkimləri ilə məşğul olacaq;
Əməkdar artist Ədalət Şükürov - Bakıda bağ evində istirahət edəcək;
Elşad Xose - Türkiyəyə getməyi düşünür;
Samira - Artıq Antaliyada dincəlib;
Əməkdar artist Rafael İsgəndərov - Bakıda dincəlməyi planlaşdırır;
Əməkdar artist Coşqun Rəhimov - Azərbaycanda olacaq;
Xalq artisti Fidan Hacıyeva – Konsert üçün iyulun 14-də Parisə gedəcək. Konsertdən sonra istirahət haqqında düşünəcək;
Aygün Kazımova – Sentyabrda baş tutacaq konsetinə hazırlaşdığı üçün istirahətə vaxt ayırmayacaq;
Natavan - İstirahət üçün hara gedəcəyini dəqiqləşdirməyib.